Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-09 11:25:00
“Tanınmışların övladı”! – Emil Bədəlov: “Qızlarım rus bölməsində...”

İmtahanlardan yüksək nəticə toplayan abituriyentlərin əksəriyyəti təhsilini xarici ölkədə davam etdirmək istəyini açıq ifadə edir.



Tanınmış şəxslərin - sənətçilər, məmurlar, siyasətçilər, deputatlar - övladlarının da Azərbaycanda ya yüksək ödənişli ixtisaslarda, ya da xarici ölkələrdə təhsil aldıqlarına dair məlumatlar var.  

 

Bu mənada AzEdu.az olaraq, “Tanınmışların övladı” rubrikasında tanınmış şəxslərin övladlarının harada təhsil aldıqlarına dair məlumatları sizinlə bölüşürük.

 

Ötən yazılarımızda bir çox xalq artisti, müğənni, aparıcıların övladlarından bəhs etmişdik.

 

 

İndi isə müğənni Emil Bədəlovun qızları Səadət və Zeynəb haqqında məlumat verəcəyik.

 

 

İfaçı övladlarının hər ikisinin rus bölməsində təhsil aldığını bildirib:

 

 

“Səadətin 11, Zeynəbin isə 6 yaşı var. Səadət 5-ci sinfə keçdi, Zeynəb də bu ildən birinci sinifə gedəcək. Hər ikisi Bakı şəhəri Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə rus bölməsində təhsil alır. Gələcəkdə xaricdə təhsil almaqları ilə bağlı hələ ki, heç nə deyə bilmərəm, çünki hələ uşaqdırlar.

 

 E.Bədəlov övladlarının musiqi ilə məşğul olmaqlarını istəmədiyini də vurğulayıb:

 

“Səadətin musiqiyə marağı var, amma həkim olmaq istəyir. Zeynəb isə gələcəkdəki peşəsi ilə bağlı hələ qərar verməyib. Mən isə onların musiqi ilə məşğul olmaqlarının tərəfdarı deyiləm. İstəyirəm ki, ciddi peşə sahibi olub, səhər 8-də gedib, axşam 6-da gəlib, ailələri ilə vaxt keçirə bilsinlər”.

 

 

Qeyd edək ki, Emil xalq artisti Firuz Əliyevin qızı Xanımla 12 ildir ailəlidir.

 

Açıklama yok.