Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-08 09:20:05
İnformasiya Texnologiyaları İnstitutunda transliterasiya sistemi yaradılır  

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda transliterasiya sisteminin ilkin versiyası hazırlanıb.

İnstitutdan AzEdu.az-a bildirilib ki, online mühitdə işləyəcək transliterasiya sistemi Azərbaycan, ingilis, rus, fransız, alman, fars dillərində fəaliyyət göstərəcək. Sistem “Ana səhifə”, “Transliterasiya haqqında”, “Transliterasiya standartları”, “Transliterasiya cədvəlləri”, “Təkliflər” və “Əməkdaşlıq” bölmələrindən ibarət olacaq. Sayt vasitəsilə müvafiq sahələrin mütəxəssisləri ilə birlikdə tərtib edilmiş Azərbaycan dilindən ingilis, rus, fransız, alman, fars dillərinə və bu dillərdən Azərbaycan dilinə transliterasiya cədvəllərini yükləmək mümkün olacaq. Veb-saytda mətnlərin Azərbaycan, ingilis, rus, fransız, alman, fars dillərinə və əksinə transliterasiyası ilə yanaşı, qeyd edilən dillərdə fəaliyyət göstərən istənilən veb-saytın transliterasiyası da mümkün olacaq. Bunun üçün istifadəçilər saytın müvafiq bölməsinə daxil olaraq transliterasiya etmək istədiyi veb-saytın fəaliyyət göstərdiyi dili, onun ünvanını və transliterasiya olunacaq dili seçməlidir. İstifadəçilər veb-saytın forum bölməsinə daxil olmaqla transliterasiya ilə bağlı rəy və təkliflərini təqdim edə biləсəklər.