Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-08 08:41:00
Ona Nobel alması xəbərini verən jurnalisti acılayan alim: “Vaxtımı almayın, məqalə yazıram”

 

AzEdu.az  təhsil mütəxəssisi Oruc Mustafayevə istinadən, böyük alim, Nobel mükafatına layiq görülən fizik Artur Eşkin haqqında maraqlı məlumatı təqdim edir:

Oktyabrın 2-də Nobel Mükafatları komitəsindən Adam Smit səhər saatlarında zəmanəmizin məşhur  fiziklərindən Artur Eşkinə zəng edərək onun yüksək elmi mükafata layiq görüldüyünü xəbər verir və ənənəyə uyğun olaraq müsahibə verməsini alimdən xahiş edir.

96 yaşlı alim isə heç halını pozmadan müsahibəyə vaxtının olmadığını və hazırda elmi məqalə üzərində işlədiyini deyir.

Optik lazer sahəsində inqilab etmiş A.Eşkin Nobel mükafatı kimi xəbərlərin onu həyəcanlandırmağını və hazırda Nyu-Cercidəki öz evində Günəş enerşisi sahəsində tədqiqatlar apardığını deyir. "Mən çox qocayam və Nobel mükafatı kimi xəbərlərə görə həyəcan hissini çoxdan itirmişəm" deyən qocaman alim təbrikləri, ünvanına s tərifləri qəbul etmir. Onun varlığına yalnız elmin hakim kəsildiyini bildirir.
... 1978-ci ildə Artur Eşkin optik pinseti icad edib. Pinset ilk dəfə 1986-cı ildə sınaqdan keçirilib. Bu mertodikanın sonrakı inkişafı 2 Nobel mükafatı ilə nəticələnmişdi - 1997-ci ildə atom və molekulların optik cihazla soyudulması və tutulması, 2001-ci ildə optik pinset əsasında boze-kondensatorların yaradılması. Hər iki kəşf Eşkinin elmi tədqiqatların əsaslansa da Nobel komitəsi bu vaxta qədər onu "yaddan çıxarmışdı". 1997-ci ildə atomların soyudulması və tutulması işinə görə fizik Çuya Nobel mükafatı veriləndə Eşkin təəccübünü gizlədə bilməmişdi: "Yəqin Nobel komitəsi zarafat edir". Axı bu elmi işin əsas hissəsini Artur Eşkin görmüşdü”.