Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-07 17:40:00
Alimlər üzümün gözlənilməz xüsusiyyətini aşkarladılar  
 
AzEdu.az  xəbər verir ki,  Cenevrə Universitetinin alimləri üzümün tərkibindəki təbii resveratrol komponentində ağ ciyər xərçəngi ilə mübarizə xüsusiyyətlərinin olduğu qənaətinə gəliblər.
 
Alimlər tədqiqat zamanı siçanlardan istifadə ediblər. Gəmiriciləri əvvəlcə tütün tüstüsündə olan kanserogenlə yoluxdurublar, sonra da qeyd olunan resveratrolla müalicə ediblər.
 
Bu zaman siçanları dörd qrupa bölüblər: birinci yoxlama qrupuna nə kanserogen, nə də resveratrol  verməyiblər, ikinci qrupa eyni vaxtda hər iki maddəni veriblər. Gəmiricilərin daha iki qrupuna hər maddədən biri verilib.
 
Məlum olub ki, “müalicə” olunan dəstədəkilərin şişi o biri dəstədən fərqli olaraq 45 faiz kiçilib. (Moderator.az)