Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-03 11:18:00
“Tanınmışların övladı” - Əməkdar artistin qızı Avstriyada oxuyacaq

Azərbaycanlı gənclərin bir çoxu təhsil almaq üçün xaricə üz tutur. İmtahanlardan yüksək nəticə toplayan abituriyentlərin əksəriyyəti təhsilini xarici ölkədə davam etdirmək istəyini açıq ifadə edir.

Tanınmış şəxslərin – sənətçilər, məmurlar, siyasətçilər, deputatlar - övladlarının da Azərbaycanda ya yüksək ödənişli ixtisaslarda, ya da xarici ölkələrdə təhsil aldıqlarına dair məlumatlar var.  

Bu mənada AzEdu.az saytı olaraq, “Tanınmışların övladı” rubrikasında tanınmış şəxslərin övladlarının harada təhsil aldıqlarına dair məlumatları sizinlə bölüşürük.

 

Ötən yazılarımızda Azərbaycanın xalq artisti, müğənni Röya Ayxanın oğlu Hüseyn, müğənni Eldəniz Məmmədovun oğlu Kamran Məmmədov, aparıcı Ülvira Qarayevanın qızı Zeynəbdən bəhs etmişdik.

 

İndi isə əməkdar artist Məlahət Abbasovanın qızı Sude haqqında məlumat verəcəyik.

 

M. Abbasova qeyd edib ki, övladı təhsili üçün Zalzburqa yollanıb. Sude Motsart Akademiyasında təhsil alacaq. Bundan sonra Avstriyada yaşayacaq. 

 

"Təhsiliniz üçün atacağınız hər addım uğurlu olsun. Avstriya, Zalzburq, Motsart Akademiyası... Gözəl qızım, həyat hər zaman səni güldürsün və sənə gülsün" deyə, M.Abbasova bildirib.

 

Əməkdar artist onu da əlavə edib ki, Sudə artıq bir neçə serialda rol alıb:


"Sude Türkiyənin ATV kanalında yayımlanan "Huzur sokağı", "Babam için", "Kız annesi", "İslam bülbülleri", "Ak kırlangıç" seriallarında baş rollarda çəkilib.

 

Qeyd edək ki, M.Abbasovanın Türkiyədə yaşayan Uğur adında bir oğul övladı da var.