Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-02 08:39:54
“Sovet təhsil sistemini dağıtdıq, Avropa sistemini isə...”  

 “Sürücü ilə birlikdə 25 nəfərlik heyəti olan müəssisəni universitet adlandırmaq doğru deyil”.

 

 Bu barədə AzEdu.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov Azərbaycan ali təhsil müəssisələri ilə xarici universitetləri müqayisə edərkən bildirib: 

 

 Alim vurğulayıb ki, sovet ali təhsil sistemini dağıtdıq, amma Avropa sistemini tətbiq edə bilmədik:

 

 “Bu gün Amerikada 3 növ universitet var. Birincisi təhsil, ikincisi elmi tədqiqatlar, üçüncüsü isə kommersiyalaşmış sahibkar universitetlərdir. Bunların prioritetləri, hədəfləri var. Bu gün bütün universitetlərdən bunların hər birini tələb etmək doğru deyil. Universitetlər müəyyənləşdirməlidirlər ki, güclü təhsil müəssisəsi, ya elmi tədqiqata əsaslanan universitet olacaq, yoxsa aparılan elmi tədqiqatlardan əldə etdiyi patentləri kommersiyalaşdırıb, kooperativ şirkətlərə çevriləcək. Bunu müəyyən etmək zəruridir.

 

Sovet vaxtında ali təhsil müəssisələrində əsas vəzifə əmək bazarının kadr ehtiyacının qarşılanması idi. Orada elmi tədqiqat tələb olunmurdu. Elmi tədqiqatlarla bağlı akademiyalar mövcud idi. Bu gün isə ali məktəblər təhsil müəssisəsi olmaqla yanaşı, eyni zamanda, elmi tədqiqatları həyata keçirən qurumlardır, vəhdətdir. Ən vacib məsələ isə odur ki, sovet dövründə ixtisaslaşmış institutlar var idi, onlara universitet demirdilər.

 

Nə üçün bu gün ixtisaslaşmış institutlar universitetlər oldu? O institutlar universitet statusu qazanmaq üçün nə etdilər? Axı Amerikada, Türkiyədə kolleclər, institutlar və unversitetlər hələ də ayrı-ayrılıqda mövcuddur. Bu gün kafedra, fakültə səviyyəsində fəaliyyət göstərən, müəllim, laborant, sürücü ilə birlikdə 25 nəfərlik heyəti olan müəssisəni universitet adlandırmaq doğru deyil. Universitetin 15 min tələbəsi, 2 mindən yuxarı professor, müəllim heyəti olmalıdır. Bu dəyişməlidir. Bütün dünyada universitetlər inkişaf etdiyi halda, niyə bizdə özəllər dövlət universitetinə rəqib ola bilmədi?”