Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-07 14:25:00
700 bal toplayan xanım  Robot Olimpiadasının qalibi oldu –Rekorda  doğru...

700 bal toplayan Xalidə  Əliyeva daha bir uğura imza atıb.

AzEdu.az  xəbər verir ki, onun  yer aldığı “Robo-Sapiens”  komandası II Robot Olimpiadasında I yerə layiq görülərək, Tailandda keçiriləcək final mərhələsinə  vəsiqə qazanıb.

Qeyd edək ki, II Robot Olimpiadası  Bakı İdman Sarayında, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və "Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı  ilə 6 oktyabrda  keçirilib.

8-19 yaşlı  yeniyetmə  və  gəncləri əhatə edən yarışlarda  20 təhsil müəssisəsindən 54 komanda iştirak edib.  

Yarışlar 4 kateqoriya üzrə keçirilib və yekunda qalib komandalar 16-18 noyabr 2018-ci il tarixlərdə  Tailand Krallığında keçiriləcək Dünya Robot Olimpiadasında iştirak hüququ qazanıblar.

İlk 3-lükdə isə Bakı Ali Neft Məktəbinin tələbələri qərarlaşıblar.