Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-31 17:46:00
Sertifikasiya imtahanları sərtləşəcək, maaşlar artacaq

“Təhsil haqqında” qanundakı dəyişikliyə əsasən, ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiya müddəti 5 ildən 3 ilə endirilib.

 

Müəllimlərin bəziləri sözügedən proseslə bağlı müddətin azaldılmasını birmənalı qarşılamayıb. Və bununla bağlı öz narazılıqlarını bildirməyə başlayıb.

 

Bəs ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiya müddətinin azaldılması ilə bağlı narazılıqları əsaslıdırmı?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil üzrə mütəxəssis İlqar Orucov qeyd edib ki, sözügedən müddətin azaldılması şikayətlərə səbəb olmamalıdır:

 

“Qərar qəbul edilməzdən öncə bunun xeyli müddət müzakirəsi aparılıb. Və məsələ ilə bağlı bir çox şəxs pozitiv düşünsə də, eyni zamanda narazılıqlar yaranmağa başladı. Amma bütövlükdə düşünürəm ki, bilikli, savadlı müəllim üçün sertifikasiyanın 5 ildən 3 ilə endirilməsi problem olmalı deyil.

 

İlqar Orucov: "Təhsili əlçatan etməliyik" -

Bütün inkişaf etmiş dövlətlərdə təhsil sahəsi daim gündəmdədir. Tutaq ki, 20 il bundan qabaq bir şəxs diplom alandan sonra düşünürdüsə ki, “Mən bu diplomla bir ömür boyu işləyəcəm” artıq bu kimi yanaşma gündəmdən çıxıb.

 

Hazırkı dövrdə insanlar aldıqları diplomla kifayyətlənib ömür boyu işləyə bilməz. Lazımdır ki, o öz üzərində işləsin, çalışsın, rəqabətə davamlı olsun. Hesab edirəm ki, işə yeni qəbul olunan müəllimlər üçün nəzərdə tutulan sertifikasiyanın 5 ildən 3 ilə endirilməsi, öz savadına və biliyinə güvənənlərin narazılığına səbəb ola bilməz.

 

Bu, birmənalıdır. Dünyada bir çox sahə üzrə dəyişikliklər və inkişaf kifayət qədər sürətlə gedir və bu fonda əmək bazarının tələbləri də dəyişib və yetəri qədər sərtləşib.

 

Mütəxəssis vurğulayıb ki, müəllimlər sertifikasiyadan qorxmalı deyillər:

 

“Bu imtahanlarda iştirak edən müəllimlərin  əmək haqqısı göstərdikləri nəticəyə uyğun tənzimlənir. Düşünürəm ki, gələcəkdə bu münasibət daha kəskinliklə özünü göstərəcək.

 

Yəni yaxşı nəticə göstərmiş müəllimlərin əmək haqları kifayət qədər yüksək olacaq. Və burdan sual hasil olunur: - Sertifikasiyada yaxşı nəticə göstərən müəllimlərin əmək haqqı artacaqsa, onlar bu müsabiqədən niyə görə narazı olsunlar?  

 

İ.Orucovun sözlərinə görə sertifikasiyada iştirak uğruna müəllimlər can atmalıdırlar:

 

“Hesab etmirəm ki, bu müddətin elə 5 il qalması nəyisə dəyişdirəcəkdi. Müəllimlərin özləri can atmalı, maraqlı olmalıdırlar ki, biliklərinin nə yerdə olduğunu daha tez müddətdə bilsinlər.

 

İnkişafın sürətini nəzərə alsaq, görürük ki, müəllimlərin sertifikasiyaya cəlb olunması üçün 3 il heç də az müddət deyil.

 

Düşünürəm ki, əvvəlcədən bu proses haqqında insanlarda sağlam olmayan fikirlər formalaşdırılıb. Və bu düşüncələr müəllimləri qorxudur.  Amma onlar bu cür sözlərə qulaq asmamlı, onları manipulyasiya edən insanlardan uzaq durmalı və özlərinə arxayın olmalıdırlar”.