Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-31 10:25:00
“Maraqlı adam”: sertifikasiyadan 100 bal yığdı, nazirlə görüşdü, iş təklifi...    

AzEdu.az təhsil portalı “Maraqlı adam” rubrikasında növbəti müsahibəni təqdim edir.

 


Bu dəfə haqqında bəhs etdiyimiz Aysel Məlikova ötən il sertifikasiya imtahanından 100 bal toplayıb.

 

 

-Özünüzü oxucularımıza təqdim edərdiniz...

 

 

-Məlikova Aysel Azad qızı 1989-cu ildə Qazax rayonunda anadan olmuşam. 2006-2010-cu illər ərzində Azərbaycan Müəllimlər İnstitutunda ibtidai təhsilin pedaqoqikası və metodikası ixtisası üzrə bakalavr təhsil almışam. 10 noyabr 2011-ci ildən 12 iyul 2012-ci ilədək Azərbaycan Müəllimlər İnstitutunda ixtisasartırma fakültəsinin azərbaycan dili və ədəbiyyat ixtiusası üzrə magistr təhsili almışam. Ailəliyəm, 3 oğlum var.

 

 

-Harada, hansı fənn üzrə, hansı siniflərə dərs deyirsiniz?

 

 

-Sumqayıt şəhəri 4 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi 4-cü siniflərə dərs deyirəm.

 

 

 

-2022-ci ildə sertifikasiya imtahanından 100 bal toplamısınız. Bu nəticəni gözləyirdiniz?

 

 

-Bəli, test mərhələsindən 60, müsahibədən isə 40 olmaqla, ümumilikdə, 100 bal toplamışam. Yeniliklərə açıq insanam. Elə buna görə də yüksək nəticə əldə edəcəyimi gözləyirdim. Elm və Təhsil Nazirliyində 100 bal nəticə əldə edənlərin cənab nazir Emin Əmrullayevlə görüşü keçirilmişdi. Sertifikatlarımızı da özü şəxsən təqdim etmişdi.

 

-Maksimum balı toplamaq sizə necə təəssürat bağışladı? Bu uğur həyatınızda nəyi dəyişdi?

 

 

-Təbii ki, çox sevindim. Bir çox yerdən iş təklifləri aldım.

 

-İmtahana hazırlaşan müəllimlərə tövsiyələriniz nələrdir?

 

 

-Müəllimlər imtahan olmasa belə, bilik bazasını özlərində yaratmış olsunlar.

 

 

-Repetitorluq edirsinizmi? Tək abituriyent hazırlayırsınız, yoxsa müəllimlərə də repetitorluq edirsiniz?

 

 

-Bəli, edirəm. Həm abituriyent, həm də müəllimlər üçün MİQ və sertifikasiya hazırlığı ilə məşğulam.

 

 

-Kurslardan əlavə qazancınız olurmu? Ümumiyyətlə, qazancınız sizi qane edirmi?

 

 

-Bəli, olur, razıyam. Həm də zəhmətlə əldə edilən qazanc bir başqa şirin olur.

 

 

-Ailəlisiniz dediniz, bütün işləri bir arada necə çatdırırsınız?

 

 

-Düzgün rejim və plan əsasında bütün işlərimin öhdəsindən gəlirəm.

 

 

-Normalda ailəli müəllimlər imtahana hazırlaşmağa vaxt çatdıra bilmədiklərini iddia edirlər. İmtahana hazırlaşan müəllimlərə tövsiyələriniz nələrdir?

 

-İmtahana gedəndə kiçik övladımın 6 ayı belə yox idi. Lakin ev işlərimi də görürdüm, körpəmə də baxırdım. Tövsiyəm odur ki, düzgün rejim quraraq işlərini planlaşdırsınlar.  Sonda onu da qeyd edim ki, müəllim adı gələndə çox fərəh hissi duyuram. Həmişə işə gedirəm yox, məktəbə gedirəm, iş yoldaşım deyil, müəllim yoldaşım deyirəm. Nə yaxşı ki, bu şərəfli peşədə çalışıram.