Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-07 12:10:00
Beynəlxalq Elm Olimpiadasının nəticələri məlum oldu-Nəticələr burada

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 15-dən çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formatında təşkil olunub keçirilən elm yarışıdır. Artıq bir neçə ildir ki, Azərbaycan məktəbliləri bu yarışda ölkəmizi uğurla təmsil edirlər.

AzEdu.az xəbər verir ki, 30.09.2018-ci il tarixində keçirilən ilk seçmə imtahanda 1000 dən çox şagird iştirak etmiş və onlardan ən yaxşı nəticə göstərənlər 35 nəfəri 06.10.2018-dən etibarən müntəzəm dərslərə, laboratoriya hazırlığına və xüsusi məşğələlərə cəlb olunacaqlar.

Qeyd edək ki, artıq 4 ildir ölkəmizdə Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri fəaliyyət göstərir. Bu vaxta kimi məktəblilərimiz İJSO (Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası) – da  37 medal qazanmışdırlar. Hazırlıq prosesinə cəlb olunacaq şagirdlərin adları xüsusi rənglə işarələnmişdir.

Nəticələrlə buradan tanış ola bilərsiniz:

https://drive.google.com/file/d/1zAhXmFheNs79Q7LDVGMkoJNX42r41kZR/view