Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-31 08:57:29
Sənəd qəbulunda paralellik: həm ETN aparır, həm də universitetlər – İRAD  

 Osman Gündüz:Axı rəqəmsallaşma, innovasiyalar xərcləri azaldıb, insanlara rahatlıq gətirməliydi"

 

 

“Anlamıram ki, ETN sistemindən universitetlərə APİ üzərindən servislər təqdim etmək bu qədərmi çətindir? ETN üçün öz qurumları arasında inteqrasiya, rəqəmsal transformasiya bu qədərmi mürəkkəbdir ?!”

 

 

“Uzun illərdi ki, bu format dəyişməyib. Yenə də Elm və Təhsil Nazirliyi (ETN) magistrantların sənədlərini mərkəzləşmiş portal, portal.edu.az vasitəsilə qəbul edir. Ədalət naminə deyim ki, normal bir informasiya sistemi qurublar, normal da işləyir.

Lakin universitetlər də paralel olaraq magistrantlardan kağız və elektron formada xeyli sənədlər, onların notarial təsdiqlərini tələb edirlər”.

 

Osman Gündüz: “Yeni təhlükəsizlik tədbirləri görülməlidir”

 

AzEdu.az xəbər verir ki, bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. O qeyd edib ki, bu sənədlərin hamısı müxtəlif dövlət qurumlarında elektron formada mövcuddur:

 

“Yeganə universitetdir ki, UNEC kağız formadan imtina edib, amma o da özünün portalında əlavə qeydiyyat tələb edir. Ümumiyyətlə, düşünürəm ki, ETN mərkəzləşmiş və universitetlərin informasiya sistemləri məsələsinə də aydınlıq gətirməlidir. Bu cür paralellik yolverilməzdir.

İndi sualım ETN-ə və rəqəmsal hökumət quruculuğuna cavabdeh olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məsul şəxslərinədir. Bu cür paralelçilik nə deməkdir?

 

Axı rəqəmsallaşma, innovasiyalar xərcləri azaldıb, insanlara rahatlıq gətirməliydi.

 

Bizdə isə bu sektorda uzun illərdi ki, nəinki daha effektiv və rahat mexanizmlər yaranıb, əksinə hökumətin xərcləri də artıb və vətəndaşlar daha da əziyyət çəkirlər.

 

Anlamıram ki, ETN sistemindən universitetlərə APİ üzərindən servislər təqdim etmək bu qədərmi çətindir? ETN üçün öz qurumları arasında inteqrasiya, rəqəmsal transformasiya bu qədərmi mürəkkəbdir ?

 

Əgər bütün sənədlər ETN portalında varsa, bu portal digər qurumlara, DİM-ə, ƏƏSM-ə, İAMAS-a və s. inteqrasiya olunub magistrantların statusu dərhal müəyyənləşibsə onda universitetlər yenidən sənədləri, güzəşt sənədlərini, min cür arayışları, notaril təsdiqləri nə üçün tələb edirlər?

Bir müddət öncə Prezident tərəfindən onlarla qanunverici akta dəyişikliklər təsdiqlənib ki, əgər vətəndaşla bağlı bir dövlət qirumunda hansısa sənəd varsa digər dövlət qurumu vətəndaşdan deyil, məhz bu qurumdan inteqrasiya ilə bu sənədləri əldə etməlidir.

Göründüyü kimi hələlik bu normalara əməl olunmur.

 

15 ildir ki, ölkədə eGov quruculuğu gedir, amma hələ də bu cür elementar bir proses öz rəqəmsal həllini tapmayıb.

 

Ümid edirəm eGov-a cavabdeh olan RİNN-nin İRİA qurumu və ETN nəhayət ki, bu problemi qısa zamanda həll edib, heç olmasa bakalavrlara bu əziyyəti yaşatmazlar”.