Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-28 11:31:00
Direktor seçimi: Yağışdan çıxıb, yağmura düşdük? – Deputatdan reaksiya  

Ceyhun Məmmədov: “Bir sıra hallarda, ümumiyyətlə heç bir təcrübəsi, kollektivlə işləmə bacarığı olmayan insanlar da gəlib məktəb direktoru olurlar. Bunun üçün yalnız imtahanlar kifayət deyil”

 

 

 

Dünən Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər uşaq incəsənət məktəbinin direktoru vəzifəsində işləmiş Sevda Malışova tərəfindən dövlət büdcəsinə ümumilikdə 131 min manat maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

 

Bu kimi hallarla son zamanlar çox rastlaşırıq. Bəs məktəblərə direktor seçimi necə aparılmalıdır ki, analoji problemlər yaşanmasın?

 

Məsələ ilə bağlı, AzEdu.az-a açıqlamasında deputat Ceyhun Məmmədov bildirib ki, bir sıra məktəblərdə təcrübəsiz, əvvəlki fəaliyyəti bir o qədər də şəffaf olmayan insanlar çalışır:

 

“Burada məsələ odur ki, biz məktəblərimizdə neqativ halların qarşısını almaq üçün mərkəzləşdirilmiş qaydada müəllimlərin direktor təyinatını həyata keçiririk. Əvvəlki dövrlərdə şəffaflıq olmamasına dair narazılıqlar var idi. Ona görə də bunun artıq imtahanlar vasitəsilə həyata keçirilməsinə başlanılıb. Bir məsələdən qaçmağa çalışdıq, amma digər problemlə üzləşdik.

 

Bu son proseslər onub göstərir ki, bir sıra məktəblərdə təcrübəsiz, əvvəlki fəaliyyəti bir o qədər də dürüst və şəffaf olmayan insanlar var. Buna görə düşünürəm ki, burada tək çıxış yolu imtahan  deyil, eyni zamanda, heç olmasa idarəçilik təcrübəsi nəzərə alınmalıdır, keçmişi təmiz olmalıdır.

 

Açıklama yok.

 

Bir sıra hallarda, ümumiyyətlə heç bir təcrübəsi, kollektivlə işləmə bacarığı olmayan insanlar da gəlib məktəb direktoru olurlar. Bunun üçün yalnız imtahanlar kifayət deyil. Birdən-birə müəllimin direktor təyin olunması düzgün deyil. Direktor seçimində həmin şəxsin əvvəlki fəaliyyəti, şagirdlərlə davranışı, valideynlərlə işləməsi, dürüstlüyü və digər məsələlər nəzərə alınmalıdır. Düşünürəm ki, bunun bir başqa yolu da odur ki, bu insanlar əvvəl direktor müavini kimi fəaliyyət göstərib, sınaqdan keçib, yoxlanılıb, bir müddətdən sonra onların məktəbə direktor təyinatı məsələsinə baxa bilərik”.

 

 

Deputat qeyd edib ki, bəzi məktəblərdə təsadüfi insanlar direktor olurlar:

 

 

“Onlar da, təəssüf ki, bir sıra hallarda belə addımlar atırlar.  Bir şəxs 2-3 il işləyəndən sonra məlum olur ki, nə qədərsə pul mənimsəyib. Bəs illər ərzində bu məsələyə niyə nəzarət olunmayıb, izlənilməyib ki, həmin şəxs nə işlə məşğuldur?! Buna paralel olaraq, hər bir müəssisənin maliyyə məsələlərinə çox ciddi şəkildə nəzarət olunmalıdır ki, belə hallar yaşamayaq”.