Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-27 12:10:38
Məktəb direktoru olmaq üçün MÜHÜM ŞƏRTLƏR: 3 il müəllim, 3 il rəhbər…

 

 “Son zamanlar trendə çevrilmiş bir hal məni ciddi narahat edir. İstər direktor müavinliyi, istər direktor imtahanlarında iştirak edənlərdən tez-tez eşidirik ki, "heç hazırlaşmadan bu mərhələni keçdim". Burda iki nüans var. Birincisi, namizədlər xüsusi istedadlıdırlar. İkincisi, imtahanlar çox primitiv üsullarla tərtib olunub”.

 

AzEdu.az xəbər verir ki. bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsində Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə deyib.

 

 

O qeyd edib ki, namizədlər xüsusi istedadlıdırsa, nə üçün müsahibə mərhələsində uğur qazana bilmirlər? Çünki imtahanlarda bilik, müsahibədə səriştələr ölçülür:

 

 

“İmtahanlar doğru təşkil olunursa, nə üçün cəsarətli məsuliyyətsizlər bu mərhələləri asanlıqla aşır? Əslində hazırlaşırlar, sadəcə yığdıqları özlərini qane etmir deyə belə rəy yaradırlar”.

 

 

A.Mustafazadə vurğulayıb ki, direktor və direktor müavini olmaq müəllim olmaqdan çətin olmalıdır:

 

 

“Amma mövcud şərtlərdə səriştəli müəllim ola bilməyənlər direktor və müavin olmaq iddiasında olurlar və səriştəli müəllimlərin rəhbəri olmaq üçün mübarizə aparırlar. Onları seçən şəxslər də əlində olan kadrların içərisindən nisbətən yaxşılarını təyin etmək məcburiyyətində qalırlar. Qınanılası bir tərəf var: iddiaçı.

 

Təhsildə keyfiyyəti artırmağın yollarından biri də səriştəli müəllimlərin rəhbər işlərdə çalışmasıdır. Bunu şərtləndirən ən gözəl yol iyerarxik yüksəlmədir.

 

Birinci yol 3 il səriştəli müəllim, 3 il metodbirləşmə rəhbəri kimi, 3 il də direktor kimi çalışmaq. İkinci yol 3 il səriştəli müəllim, bir sinfi sona qədər çatdırmaq şərtilə sinif rəhbəri,  3 il təşkilatçı, 3 il direktor kimi işləmək lazımdır”.

 

 

 Sektor müdiri son olaraq təşkilatçının birbaşa direktor olmasını normal qarşılamadığını və bunun üçün arqumentləri olduğunu söyləyib.