Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-27 11:20:00
“Deputatların təhsili”: Ali məktəbə imtahansız qəbul olundu, icazə olmadan…

 

…tədbirlərə qatılmadı, müdafiədən sonra Şura üzvlərinə banket verdi

 

 

Son günlər cəmiyyətdə, eləcə də media və sosial şəbəkələrdə deputatların ali təhsil məsələsi müzakirə predmetinə çevrilib. İddialar dolaşır ki, bəzi deputatlar ya özəl universitetlərdə təhsil alıblar, ya da tanınmayan xarici dövlətlərdən diplom əldə ediblər, amma əksini iddia edənlər də var.



AzEdu.az olaraq bu iddiaları nəzərə alıb deputatların təhsil həyatını özlərindən öyrənib “Deputatların təhsili” layihəmizi silsilə müsahibələrlə təqdim edəcəyik.



Bu dəfə Milli Məclisin deputatı, elmlər doktoru, professor Kamilə Əliyeva haqqında olan yazımızı paylaşacağıq.



K. Əliyeva AzEdu.az-a bildirib ki, universitetə imtahansız qəbul olunub:

“Orta məktəbi qızıl medalla bitirdiyimə görə bir fəndən əla qiymət almışam. Buna görə də sadəcə bir imtahan vermişəm, digərlərini verməmişəm. Birbaşa S. Kirov adına Azərbaycan Dövlət Universitetində indiki adı ilə desək, Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuşam. Universitetdə də əlaçı olduğuma görə “Lenin təqaüdü” alırdım. Ali təhsilimi də əla qiymətlərlə bitirmişəm”.



Parlament üzvü qeyd edib ki, təhsil almaq heç bir yaşda gec deyil:

 

“Lakin artıq mən öz sahəmdə bütün uğurları əldə etmişəm, elmlər doktoru, professoram və bundan sonra hansısa yenidən digər bir universitetə daxil olmağı və təhsil almağı düşünmürəm”.

 

Açıklama yok.



Söhbət əsnasında K.Əliyeva tələbəlik illərindən danışarkən keçmiş xatirələrindən də söz açıb:

 

“Bizim tələbəlik illərimiz çox maraqlı keçib. Sovet dövründə bayramlarda digər MDB ölkələrinə gedirdik. Qış vaxtı qatarla yol getməyimizi də unutmuram.

 

Açıklama yok.

 

Qrup yoldaşlarımızla bütün bayramları qeyd edirdik. Gözəl xatirələrimiz var. Tələbəlik fotolarımın hər birinə baxdıqda həmin illərə geri dönürəm. Qrup yoldaşarımla isə hələ də əlaqəm var. Onlardan bəziləri BDU-da hazırda mənimlə birlikdə işləyirlər”.

 

Açıklama yok.




Kamilə xanımın qrup yoldaşlarından biologiya elmləri namizədi Möhübbət Hüçbət oğlu Nəcəfli də öz xatirələrini AzEdu.az-a bölüşüb.


O bildirib ki, Kamilə xanım tələbəlik dövründə anasının izni olmayan tədbirlərdə iştirak etmirdi:


“1984-1989-cu illərdə Kamilə xanımla eyni qrupda (756) təhsil almışam. Kamilə xanım bizim qrupun rəhbəri idi. Cəmi bir imtahan vermişdi, qızıl medalla qutarmışdı orta məktəbi. Universitetdə “Lenin təqaüdü” alırdı, ona layiq idi. 3-cü kursda ixtisaslaşmada da eyni kafedrada olmuşuq. Kamilə xanımla hazırda eyni kafedrada çalışıram. O, gözəl insan olmaqla yanaşı, qayğıkeş, hamı ilə yaxşı münasibət yaratmağı bacaran və qoruyandır. Tələbə vaxtı da yaxşı münasibətlərimiz olub.

 

Açıklama yok.

 

 

Hazırda eyni kafedrada çalışırıq, dostluq münasibətlərimiz var. Həyatda qazandıqları onun halal haqqıdır, zəhmətinin bəhrəsidir. Ona daha böyük uğurlar arzulayıram. Bir onu deyim ki, tələbəlik dövrundə anasının izni olmayan tədbirlərdə iştirak etmirdi. Məşğul olduğu sahə də genetikanın ən aktual istiqamətlərindən olan “Tibbi genetika” dır”.



Deputatın digər qrup yoldaşı Lənkəran Dövlət Universitetinin "Biologiya və ekologiya" kafedrasının müdiri biol.ü.f.d.dosent Məmmədhüseyn Babalı oğlu Hüseynov isə Kamilə xanımla olan tələbəlik xatirələrindən danışarkən ona verdiyi dəstəklərdən də söz açıb:



“Kamilə xaımla eyni fakültədə - BDU, Biologiya fakülltəsi- təhsil almışam. İxtisas seçimində hər ikimiz eyni ixtisası seçdik (Genetika). Həmin illərdə üçüncü kursdan sonra könüllü olaraq tələbələr ixtisas seçirdilər. İxtisas quruplarında təxminən 15 tələbə olurdu. Mən Kamilə xanımla 2 il, IV və V kurslarda Genetika üzrə eyni ixtisas qrupunda ixtisaslaşmışıq. Tələbəlik illəri demək olar ki, xatirələrlə zəngin idi. Kamilə xanım yadımda necə qalıb: şən, zəhmətkeş, səmimi, istedadlı (o vaxt adlı təqaüdlə təhsil alırdı). 1989 - cü ildə hər ikimiz Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirdik. Diplom müdafiəmiz Genetikadan eyni tarixdə - 1993 - cü il fevral ayında olub.

 

Açıklama yok.

 

Mən onda Lənkəran Dövlət Universitetində (LDU) müəllim işləyirdim. Yəni Lənkəran şəhərindən gəlib Bakı şəhərində Genetika və Seleksiya İnstitutunun Müdafiə Şurasında müdafiəmiz reallaşdı. Yadımdadır, zal dolu idi. Elmi Şuranın üzvlərindən əlavə Kamilə xanımın çıxışına qulaq asmağa və onu təbrik etməyə çox adam gəlmişdi. Özlüyümdə fikirləşdim, Kamilə xanımın çıxışından sonra onu təbrikə gələnlər gedər, zalda ancaq Elmi Şuranın üzvləri qalar, düzü bir az qəribsədim, sanki Kamilə xanım bunu hiss elədi.

 

Mənə yaxınlaşıb, dedi:"Məmmədhüseyn olar birinci sən çıxış edəsən. Sevindim. Təbii olaraq razılıq verdim. Elmi şuranın katibi, biologiya elmləri doktoru Alek Əliyevə bunu deyəndə əvvəl etiraz etdi. Dedi ki, həm proqramda Kamilə xanımın adı birincidir, həm də ənənəvi olaraq xanımlar birinci çıxış edir. Mən dedim ki, Kamilə xanımın özü təklif etdi və belə də oldu. Əvvəl mən çıxış etdim, sonra Kamilə xanım.

 

Təsəvvür edin: Zal dolu. Gələnlərin əlində gül - çiçək. Hər ikimizin çıxışı uğurlu oldu. Çıxışımdan sonra səsvermə oldu. Şura üzvləri səsverməni keçirəndə gələnlərin hamısı zalı tərk etdi. Hamı məni uğurlu çıxış münasibəti ilə təbrik edirdi, sevincimin həddi-hüdudi yox idi. Bu yanaşma Kamilə xanımın böyük bir ürək sahibi olduğunu bir daha göstərdi.

 

Müdafiədən sonra ənənəvi haldı, banket verilir. Burada da Kamilə xanım köməyə gəldi, sanki hiss etmişdi. Mənə yanaşıb dedi: Şuranın üzvlərinə banketi mən verərəm. Mən qeyri-ixtiyarı soruşdum: hamısına? Cavab: bəli. Təsəvvür edin mənim sevincimi. İndi mən Kamilə xanımın rəhbərlik etdiyi kafedranın (Genetika) elmlər doktoru proqramı üzrə doktorantıyam. Müdafiəmdə yəqin ki, Kamilə xanım da iştirak edəcək. Bilmirəm yenə banket məsələsinə boynuna götürər, ya yox? Xatirələr çoxdu...”.