Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-26 18:38:08
Kürün sahilində məktəbli meyiti aşkarlanıb

Kür çayının sahilində uşaq meyiti aşkarlanıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

"112" qaynar telefon xəttinə, Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1 nəfər uşağın batması barədə məlumat daxil olub.

 

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.