Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-27 08:40:00
İranda saxlanılan Fəridin anası: “Ona tapşırmışam ki, farsca...”  

  “Fərid casusluq maddədi ilə həbs olunub. Mənimlə iki dəfə danışıb. Amma Azərbaycanın İrandakı konsulu ilə demək olar ki, hər iki gündən bir danışırlar. Hazırda Fəridin tutulması ilə bağlı işlər gedir”.

 

 

Bu barədə AzEdu.az-a İrana sevgilisi ilə görüşməyə gedərkən həbs edilən Almaniyada təhsil alan azərbaycanlı tələbə Fərid Səfərlinin anası  Dilarə Əsgərova bildirib.

 

 

O qeyd edib ki, Fəridin bir neçə dəfə məhkəməsi, olub və bu proses farsca aparılır:

 

 

“Ancaq mən Fəridə tapşırmışam ki, farsca ifadə verməsin, tərcüməçi tələb etsin. Əvvəlki məhkəmələrdə ingilis tərcüməçi verilmişdi, ancaq sonradan verilmədi”.

 

Qeyd edək ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yyana Universitetinin tələbəsi, 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana səfərə gedib və həmyerlimiz orada saxlanılıb.