Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-26 16:42:23
Bağçaların 3 minədək işçisi təlimatlandırılıb

"Keçən il noyabr-dekabr ayında bağçaların pedaqoji heyətinə daxil olan 3 min nəfər təlimlərə qoşulub".

 

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun müdiri İlahə Rəsulova deyib. 

Sektor müdiri qeyd edib ki, onlar idarəetmə, liderlik, təqdimetmə, ünsiyyət və s. kimi məsələlərlə bağlı təlimatlandırılıb. Bu il də 3 min müəllim üçün həmin kontentdə təlimlər nəzərdə tutulub.

 

"Eyni zamanda 200-ə yaxın bağça guşələrlə bağlı ləvazimatla təmin olunub. Pedaqoji heyət həmin guşələrdən necə istifadə edə biləcəyi ilə bağlı məlumatlandırılıb".