Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-26 12:05:00
Yeni agentliklər nazirliyin işinə necə təsir edəcək? - AÇIQLAMA

Prezident İlham Əliyev elm və təhsillə bağlı bir sıra ciddi qərarların qəbul olunması ilə bağlı sənədlər imzalayıb. "Təhsil haqqında" Qanuna edilən dəyişikliyə əsasən, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin vəzifə və səlahiyyətləri müəyyənləşib.

 

Çox vaxt Elm və Təhsil Nazirliyinin kifayət qədər əməkdaşının olmadığı və işləri çatdıra bilmədiklərini iddia edirlər. Orta hesabla, hazırda, Elm və Təhsil Nazirliyinin əməkdaşlarının yarısı qədər işçisi olacaq həmin qurumların yaradılması işləri asanlaşdıracaqmı?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, yeni qurumların yaradılması Elm və Təhsil Nazirliyinin idarəetməsində effektivliyi artıracaq:

 

“Elm və Təhsil Nazirliyinin strukturunun artıq müəyyənləşdirilməsi və təsdiq olunması nazirliyin fəaliyyətinin daha effektiv qurulmasına gətirib çıxaracaq. Eyni zamanda, vəzifə bölgüləri də kifayət qədər aydınlaşdı. Hər agentliyin özü konkret olaraq öz səlahiyyətləri çərçivəsində dövlət siyasətinin həyata keçirilməsində, icrasında məsul olacaq və səlahiyyətlərin şaxələndirilməsi prosesi başlayacaq, bununla da daha effektiv idarəetmə təmin ediləcək. Agentliklərin yaranmasının birmənalı olaraq mənfi tərəfi olacağını düşünmürəm. Hesab edirəm ki, bu, idarəetmədə effektivliyin daha düzgün təmin olunması ilə nəticələnəcək”.

 

Açıklama yok.

 

İ.Orucov nazirliyin işçilərinin az olması məsələsinə də münasibət bildirib:

 

“Bəli, bu mövzuda sizinlə razıyam. Elm və Təhsil Nazirliyi kifayət qədər böyük səlahiyyətlərə malik, eyni zamanda, kifayət qədər böyük yükün daşıyıcısıdır. Təhsilin bütün sahələrini idarə edən, üstəgəl 1 il öncə cənab Prezidentin müvafiq fərmanı ilə elm və dövlətin elmi-texniki siyasətini həyata keçirən mərkəzi icra orqanı kimi müəyyənləşdirilib. Mən təmamilə sizinlə razıyam ki, səlahiyyətləri kifayət qədər böyük idi. Ancaq düşünürəm ki, bu səlahiyyətlərin konkret olaraq hazırda müəyyənləşmiş struktur çərçivəsində ayrı-ayrı agentliklərə həvalə olunması nazirliyin işinə müsbət təsir göstərəcək. Eyni zamanda, hər strukturun özünə aid əməkdaşları olacaq, həm də konkret vəzifələr onlara tapşırılacaq. Bu baxımdan da, təbii ki, Elm və Təhsil Nazirliyinin ümumi idarəetməsinə yeni nəfəs gəlmiş olacaq”.