Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-25 15:55:00
AzEdu.az - dan SORĞU: 3 universitet ön sırada...

Məlum olduğu kimi, bütün ixtisas qrupları üzrə ( I, II, III, IV) ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçimləri imtahan nəticələri açıqlanandan sonra başlayacaq. İmtahan nəticələrinin isə 2 həftə ərzində açıqlanması nəzərdə tutulur.

 

AzEdu.az sosial marağı nəzərə alaraq abituriyentlər arasında soğru keçirib. “İxtisas seçimində hansı universitetləri qeyd edəcəksiniz?” sualı ilə keçirilən sorğumuzda ilk üç yerin sahibi 21.2 faiz səslə Bakı Dövlət Universiteti, 8.01 faiz səslə Azərbaycan Dövlət Pedaqoji Universiteti, 5.73 faiz səslə Azərbaycan Tibb Universiteti olub.

 

Abituriyentlərin ixtisa seçimində üstünlük verəcəyi universitetlərin siyahısını təqdim edirik:

 

 

Bakı Dövlət Universiteti - 21.2 %

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti - 8.01 %

 

Azərbaycan Tibb Universiteti - 5.73 %

 

Azərbaycan Dövlət İqtisad Universiteti - 5.27 %

 

Azərbaycan Dillər Universiteti - 4.69 %

 

ADA Universiteti - 4.56 %

 

Gəncə Dövlət Universiteti - 4.29 %

 

Sumqayıt Dövlət Universiteti - 3.19 %

 

Azərbaycan Universiteti - 3.15 %

 

Bakı Ali Neft Məktəbi - 3.12 %

 

Lənkəran Dövlət Universiteti  - 2.73 %

 

Mingəçevir Dövlət Universiteti - 2.73 %

 

Azərbaycan Texniki Universiteti - 2.67 %

 

Bakı Slavyan Universiteti - 2.34 %

 

Bakı Mühəndislik Universiteti - 2.34 %

 

Naxçıvan Dövlət Universiteti - 2.21 %

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 2.21 %

 

Azərbaycan Memarlıq və İnşaat Universiteti - 2.14 %

 

Azərbaycan Dövlət Aqrar Universiteti - 2.14 %

 

Azərbaycan Dövlət Dəniz Akademiyası - 2.08 %

 

Milli Aviasiya Akademiyası - 2.08  %

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - 2.01 %

 

Azərbaycan Texnologiya Universiteti - 2.01 %

 

Azərbaycan Turizm və Menecment Universiteti - 2.01 %

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - 2.01 %

 

Azərbaycan Dövlət Dəniz Akademiyası - 2.01 %

 

Dövlət Gömrük Komitəsinin Akademiyası - 2.01 %

 

Dövlət İdarəçilik Akademiyası - 2.01 %