Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-25 15:16:00
Azərbaycanlı riyaziyyatçı şagirdlər Sinqapurda uğur qazanıb

Asiyanın ən nüfuzlu riyaziyyat müsabiqələrindən olan AMO və SASMO olimpiadalarının qalibləri bu il Sinqapurda keçirilən SİMOC olimpiadasında iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, 23 iyul tarixində keçirilən əsas mərhələdə ABŞ, Kanada, Sinqapur, Çin, Yaponiya, Birləşmiş Krallıq, Türkiyə, Hindistan kimi ölkələrin şagirdlərinin də daxil olduğu 34 ölkədən ümumilikdə 1700-ə yaxın şagird iştirak edib. 

 

SİMOC olimpiadasında Azərbaycandan 129 şagird ölkəmizi beynəlxalq arenada təmsil edib. Fərdi və komanda yarışları üzrə Azərbaycanlı şagirdlərdən ümumilikdə 1 nəfər qızıl, 14 nəfər gümüş, 28 nəfər bürünc medal qazanmış və ölkəmiz müsabiqədə iştirak edən ölkələr arasında medal sayına görə 5-ci yeri tutmuşdur.

 

Xüsusi olaraq vurğulayaq ki, suallar test şəkildə deyil, açıq formada təqdim edilib və şağirdlər məhdud vaxt çərçivəsində hər bir sualın cavabını həll etməli olublar. Suallar təkcə riyaziyyat fənni üzrə deyil, eyni zamanda riyazi məntiq əsasında tərtib edilib. Bu həm də şagirdlərdən məntiq elmi üzrə yüksək hazırlıq tələb edir.

 

Azərbaycanlı şagirdlər mükafatlandırılmaq üçün səhnəyə dəvət olunarkən üç rəngli şanlı bayrağımızı dalğalandırıblar. Azərbaycan təhsilinin gücünü qlobal miqyasda bütün dünyaya canlı olaraq göstərən bu qaliblərimizi təbrik edir, onlara uğurlarının davamlı olmasını arzu edirik.