Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-25 10:35:00
MİQ üzrə vakansiya seçimi yekunlaşır

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailələrinin üzvlərinin vakansiya seçimi mərhələsi yekunlaşır.

 

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən AzEdu.az-a bildirilib ki, namizədlər 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

 

Vakansiya seçimi zamanı diqqətli olmaq tövsiyə edilir. Seçimi yekunlaşdırdıqdan sonra isə təsdiqləmək lazımdır.

 

Xatırladaq ki, iyulun 11-dən 15-dək keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsində 47 min 586 namizəd iştirak edib.

 

Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.

 

Son iki il ərzində müəllimlərin işə qəbulu imtahanı vasitəsilə müddətsiz müqavilə əsasında 7 min 724, müddətli əsaslarla isə 11 min 854 nəfər işə qəbul olunub.