Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-24 13:33:00
İmtahanda ən yüksək bal toplayan qız: “Tarixdən 1 səhvim olub” - MÜSAHİBƏ

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 8-9 iyul 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edib.

 

AzEdu.az xəbər verir ki, II qrup üzrə blok imtahanında üzrə ən yüksək nəticəni (maksimal bal 400) Tağıyeva Aqilə Vüqar qızı toplayıb.



Belə ki, o, imtahandan 396.2 bal toplayıb. 

 

Aqilə Bakı şəhər 270 saylı orta məktəbin məzunudur. 

 

AzEdu.az saytı Aqilə Tağıyeva ilə söhbətləşib və onun imtahan təəssüratlarını öyrənib.

     

    - Aqilə, II qrup üzrə blok imtahanından respublika üzrə ən yüksək nəticəni sən toplamısan. Hansı hissləri keçirirsən?

     

    - Xəyal edirdim, amma gözlədiyimi deyə bilmərəm.

     

    Hansı suallarda səhv etmişdin?


    - Tarix fənnindən 1 səhvim var. 

     

    - İmtahanlara özün hazırlaşmışdın, ya repetitorla?

     

    - 2 ildir hazırlaşıram. Hazırlıq üçün kursa gedirdim.

     

    - Təhsilini hansı universitetdə davam etdirəcəyinə qərar vermisən?

     

     - Bakı Ali Neft Məktəbində tədris ingilis dilində olan biznesin idarəolunması ixtisası üzrə təhsil almaq istəyirəm. 

     

     - Uğurun sirri nədədir?

     

    - Motivasiyanı bir kənara qoyub nizam-intizamla hazırlaşmağa çalışırdım. Gün ərzində 4-6 saat dərs oxuyurdum.