Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-24 11:09:00
II qrupda ən yüksək bal toplayan abituriyent: “Belə gözləmirdim” - MÜSAHİBƏ

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 8-9 iyul 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edib.

 

AzEdu.az xəbər verir ki, ümumi nəticəsi 686.4 bal olan Səmədli Nicat Sərdar oğlu II qrup üzrə 1-cidir.



O, imtahanın birinci mərhələsində 292.4 bal, ikinci mərhələsində isə 394 bal toplayıb. 

 

Nicat Sumqayıt şəhər 24 saylı orta məktəbin məzunudur. 

 

AzEdu.az saytı Nicatın Səmədli ilə söhbətləşib və onun imtahan təəssüratlarını öyrənib.

     

    - Nicat, II və III qrup üzrə qəbul imtahanından respublika üzrə ən yüksək nəticəni sən toplamısan. Hansı hissləri keçirirsən?

     

    - Təbii ki də, çox sevincliyəm. Düzü, 675-680 bal toplayacağımı təxmin edirdim, amma bu qədər yüksək olacağını gözləmirdim. Əsasən situasiyalardan balımın aşağı gələcəyini düşünürdük.  

     

    Hansı suallarda səhv etmişdin?

    - İmtahanda ən çətin suallar coğrafiyadan gəlmişdi, amma o fəndən tam nəticə qazandım. Səhvlərimin biri tarix fənnindən idi, riyaziyyatdan situasiya tipli sualdan isə 3.2 bal almışam. 

     

    - İmtahanlara özün hazırlaşmışdın, ya repetitorla?

     

    - Repetitorla hazırlaşırdım...

     

    - Təhsilini hansı universitetdə davam etdirəcəyinə qərar vermisən?

     

     - Bakı Ali Neft Məktəbində tədris ingilis dilində olan biznesin idarəolunması ixtisası üzrə təhsil almaq istəyirəm.