Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-24 10:21:00
II və III qruplarda ən yüksək balı onlar topladı - Adlar+FOTO

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və III ixtisas qrupları üzrə 8-9 iyul tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələrini elan edilib

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, II ixtisas qrupu üzrə blok imtahanından ən yüksək nəticəni (396.2 bal) Bakı şəhər 270 saylı orta məktəbin məzunu Tağıyeva Aqilə Vüqar qızı göstərib.

II ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Sumqayıt şəhər 24 saylı orta məktəbin məzunu  Səmədli Nicat Sərdar oğluna məxsusdur. O, imtahanın ikinci mərhələsində 394 bal, birinci mərhələsində isə 292.4 bal toplayıb. Beləliklə, II ixtisas qrupu üzrə ən yüksək nəticə 686.4 baldır.

III ixtisas qrupu üzrə blok imtahanından ən yüksək nəticəni (390.9 bal) Yardımlı rayon Çayüzü kənd orta məktəbinin məzunu İsmayıllı Sevil Taleh qızı göstərib.

III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Saatlı rayon Varxankənd orta məktəbinin məzunun Hüseynova Zəhra Mahir qızına məxsusdur. O, imtahanın ikinci mərhələsində 385.4 bal, birinci mərhələsində isə 289.8 bal toplayıb. Beləliklə, III ixtisas qrupu üzrə ən yüksək nəticə 675.2 baldır.