Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-21 18:09:00
İraq və Suriyadan qaytarılan azərbaycanlı uşaqlar: sosioloq narahatdır

Mütəmadi olaraq İraq və Suriya respublikalarının cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan uşaqların ölkəmizə repatriasiyası barədə xəbərlər verilir.

Həmin uşaqlar sözsüz ki, psixoloji travmalara məruz qalır, təhsildən geri qalırlar.
 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib ki, belə uşaqların İraq və digər ölkələrdən gətirilməsi istiqamətində 3-cü ildir ki, böyük işlər görülür:

 

“Suriya və İraqa aparılan və ya orada doğulan uşaqların ölkəyə qaytarılması istiqamətində dövlət artıq 3-cü ildir ki, böyük işlər görür. Yüzlərlə uşaq geri qaytarılıb. Onların reabilitasiyasını, psixoloji yardımlarını, cəmiyyətə inteqrasiyasını həyata keçirən qurum Sosial Xidmətlər Agentliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Bakı və Sumqayıt ərzisində bu uşaqların reabilitasiyası və ailələrə dönüşü həyata keçirilib”.
 

Sosioloq onu narahat edən məsələlərə də toxunub:

“Mənim üçün də bəzi məqamlar narahatlıq doğurur. Çünki mənə görə önəmli olan uşağın reabilitasiya olunub hara dönməsidir. O mühitdə böyüyən uşaqların yenidən eyni situasiyalara düşməsi təhlükə yarada bilər. Qaytarılan uşaqların sonrakı vəziyyəti ilə bağlı monitorinqlər aparılırmı, bunu bilmirəm, bu barədə məlumatsızam”.