Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-21 14:17:00
Zərdabi yazırdı: “Təhsilimiz olmasa, başqa millətlərin qulu olacağıq”  

 

 Sabah - 22 iyul Milli Mətbuat Günüdür. Dünyanın bir sıra ölkələri üçün dövri mətbuat anlayışı çoxdan mövcud idi. Azərbaycanda isə bu sahədə sükut hökm sürürdü. Azərbaycanın məşhur publisisti, pedaqoq, maarifçi-demokratı Həsən Bəy Zərdabi tərəfindən 1875-ci ildə “Əkinçi” qəzetinin yaranmsı ilə ölkəmizdə də mətbuatın əsası qoyuldu. “Əkinçi” qəzetinin maarifçilikdə rolu da çox böyükdür. Bəs təhsilin inkişafına nə kimi təsirləri olub?

 

Oxu.az - Qulu Məhərrəmli kafedra müdiri oldu - FOTO

 

BDU-nun professoru, telejurnalist Qulu Məhərrəmli AzEdu.az-a H.B.Zərdabinin maarifçilik yolunda gördüyü işlərdən danışıb:

 

““Əkinçi” qəzeti təkcə bizim mətbuatımızın deyil, ictimai düşüncə və milli məfkurə tariximizin çox parlaq bir səhifəsidir. Təbii ki, qəzetin meydana gəlməsini şərtləndirən əsas səbəblərdən biri Həsən bəy Zərdabinin də ifadə etdiyi kimi milləti maarifləndirmək, ona elm vermək idi. Ona görə öyrətmək, elmə, təhsilə yiyələnmək, üzü Avropaya baxmaq, başqa millətlərdən nümunə götümək, yalnız təhsilin gücünə cəmiyyət formalaşdırmaq, kasıb uşaqları oxutmaq, onlar üçün xeyiryyə cəmiyyəti yaratmaq  - bunların hər biri “Əkinçi” qəzetinin səhifələrində öz əksini tapıb. Təsadüfi deyil ki, qəzetin nəşrinə 25-30 il sonra “Əkinçi”nin baş redaktoru H.B.Zərdabi “Həyat” qəzetində “Rusiyada əvvəlinci türk qazətəsi” adlı bir məqalə yazıb. O məqalənin məğzi ondan ibarətdir ki, biz bu “Əkinçi” qəzetini ona görə açdıq ki, bu millətə təhsil verək, onun gözünü açaq, damcı-damcı onun beyninə elm anlayışı yeridək, elmə yiyələnməyin vacibliyini öyrədək. Ona görə də, H.B.Zərdabi böyük maaifçi hesab olunur və onun fəaliyyətinin əasında da məhz millətə xidmət etmək, onu maarifləndirmək və irəli aparmaq missiyası dayanır. Təhsil almağın vacibliyini ən incə üsullarla öz soydaşlarına izah edirdi ki, əgər biz elmə yiyələnməsək, başqa millətlərin qulu olacağıq, bizim üzərimizdə ağalıq edəcəklər. Ona görə də millət, xüsusən də, uşaqlar məktəbə getməli və təhsil öyrənməlidir. Bunlar çox önəmli məsələlərdir. Zərdabi ona görə bizim mətbuat və ictimai düşüncə tariximizin ən parlaq simalarından biridir. O, milləti irəli aparmağın ən düzgün yolunu göstərirdi. Elm yolu, maarif yolu bir işıqdır və millət də o işığı tutub getməlidir. Ona görə də bu gün mətbuatımız bax bu maarifçilik məsələlərinə diqqət etməlidir. Zərdabinin missiyasını davam etdiririksə, mətbuat millətə, ictimai maraqlara, cəmiyyətin maariflənməsinə xidmət etməlidir, onların dərdlərini, nöqsanlarını yazmalı, yol göstərməlidir. Qəzet səhifələrində millətin öncül adamları çıxış edib öz düşüncələrini bildirməlidirlər ki, millət elm və təhsil yolu ilə getsin. Belə olmasa, indiki texnoloji dövrdə, informasiya cəmiyyəti əsrində biz yenə də geri qalmış olacağıq”.

 

Heydər Hüseynovun ölümü | oxucum

Filosof, akademik Heydər Hüseynov da H.B.Zərdabi haqqında danışarkən bildirib ki, o, xalqın rifahında elmin və maarifin xeyirini təbliğ edib:

 

 "Zərdabi bir maarifçi kimi bütün həyatı boyu xalq maarifi uğrunda mübarizə aparmışdır. O, xalqın rifahında elmin və maarifin xeyirini təbliğ edirdi. Zərdabi yazırdı ki, bizim xalqımızın düşmənlərin təzyiqi qarşısında duruş gətirə bilməsinə nail olmaq üçün elmi və təhsili geniş yaymaq zəruridir. Əgər biz bunu etməsək, mübarizədə məğlub olacağıq. "Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim Vətən qardaşlarımız ilə üns tutmaq çətindir. Siz danışdığınızı onlar başa düşməyib, əhvalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər...Siz millət üçün zəhmət çəkirsiniz və bilin ki, gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq."