Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-21 11:44:00
Deputatların təhsili”: Musa Quliyev harada oxuyub?  

 

Son günlər cəmiyyətdə, eləcə də media və sosial şəbəkələrdə deputatların ali təhsil məsələsi müzakirə predmetinə çevrilib. İddialar dolaşır ki, bəzi deputatlar ya özəl universitetlərdə təhsil alıblar, ya da tanınmayan xarici dövlətlərdən diplom əldə ediblər, amma əksini iddia edənlər də var.

 

AzEdu.az olaraq bu iddiaları nəzərə alıb deputatların təhsil həyatını özlərindən öyrənib “Deputatların təhsili” layihəmizi silsilə müsahibələrlə təqdim edəcəyik.

 

İlk yazımız Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev haqqındadır.

 

Parlament üzvü qeyd edib ki, o, 1961-ci il noyabrın 25-də Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Sisyan rayonunun Urud kəndində anadan olub. Burada orta məktəbi qızıl medalla başa vurub:

 

“1984-cü ildə Nəriman  Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını qırmızı diplomla bitirmişəm. Tibb üzrə fəlsəfə doktoruyam”.