Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-18 16:57:00
Qəbul imtahanı nəticələri bu tarixdə açıqlanacaq - Rəsmi  

 

 

17-18 iyun tarixlərində AYT, TYT və YDT imtahanlarında iştirak edən namizədlər Ali Təhsil Müəssisələri İmtahanının (YKS) nəticələrinin açıqlanacağı günü dörd gözlə gözləyirlər. Bəs 2023 YKS imtahan nəticələri nə vaxt açıqlanacaq?

 

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi (ÖSYM) tərəfindən YKS-nin nəticələrinin açıqlanacağı tarix elan olunub.

 

Belə ki,  YKS nəticələri ÖSYM tərəfindən 20 İyul 2023-cü il cümə axşamı günü açıqlanacaq.