Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-17 17:28:00
BSU-nun “Brend tələbə”ləri mükafatlandırıldı - FOTOLAR

Bakı Slavyan Universitetində (BSU) AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə gerçəkləşdirilən "Brend tələbə" layihəsi çərçivəsində seçilən tələbələrinin mükafatlandırılma tədbiri keçirilib.

 

Tədbirdə AzEdu.az təhsil portalının icarçı direktoru Tünzalə Abbasova, BSU-nun rektoru Anar Nağıyev,  tədris işləri üzrə prorektor Ənvər Abbasov, rektor müşaviri dosent Xanım Sultanova, beynəlxalq əlaqələr üzrə prorektor f.d, dosent Aytən Bayramova, elm və innovasiyalar üzrə prorektor Nailə Xəndan, Həmkarlar İttifaqının sədri dosent Əzim Əliyev, təhsil fakültəsinin dekanı Sevinc Axundova, humanitar və sosial elmlər fakültəsinin dekanı Sevda Axundova, filologiya fakültəsini dekanı Sevinc Abışova, tərcümə fakültəsini dekanı Kamran Hacıyev, xarici dil müəllimliyi fakültəsinin dekanı Güney Məhərrəmova-Ağayeva, magistratura şöbəsinin müdiri Məmmədtağı Rzayev, tələbələrlə iş şöbəsinin müdiri Əli İsmayılov, “Brend tələbə” statusuna layiq görülmüş gənclər və univerditetin digər uğurlu tələbələri iştirak edib.

 

 

Anar Nağıyev əsas məqsədi tələbələr arasında güclü sağlam rəqabət mühitinin formalaşdırılması, aktiv gənclərin daha geniş müstəvidə tanıdılması, bacarıqlarının digər tələbələrə də çatdırılması olan layihənin önəmini vurğulayıb və belə layihələrin tələbələrin gələcək inkişafındakı roluna diqqət çəkib. Müxtəlif seminar və beynəlxalq yarışlarda BSU tələbələrinin fəallığı istiqamətində atılan addımları da nəzərə çatdıran A.Nağıyev, eyni zamanda gənclərin müxtəlif istiqamətlər üzrə istedadlarının üzə çıxarılması üçün ali təhsil müəssiəsində həyata keçirilən layihələr və s. haqda danışıb.

 

AzEdu.az təhsil portalının icraçı direktoru Tünzalə Abbasova Azərbaycanın 23 universitetini əhatə layihə barədə ətraflı məlumat verib. Bildirilib ki, 10 nəfərlik “Brend tələbə” siyahısı ekspert komissiyasının müəyyənləşdirdiyi meyarlar əsasında tərtib edilib və seçim birbaşa universitetlər tərəfindən aparılıb. Seçimlər üçün tələbənin universitetə gətirdiyi yenilik, yeni çağrışlarla bağlı yanaşmaları; xüsusi analitik qabiliyyəti və natiqlik keyfiyyətləri; universitetin ictimai həyatında aktivlik və kommunikabellilik; beynəlxalq tələbə proqramlarında iştirak və səmərəlilik və s. kimi meyarlar əsas götürülüb.

 

Sonra tələbələr maraq göstərdikləri istiqamətlər, həyata keçirdikləri layihə və təşəbbüslər haqda fikirlərini bölüşüblər. Tədbirin davamında Anar Nağıyev də tələbələrin maraq dairələri və orada iştirak edən pedaqoji heyətin də hobbiləri haqqında söhbət aparıb.

 

Çıxışlardan sonra tələbələrə təltifnamələr təqdim edilib. Sonda xatirə şəkli çəkilib.

 

BSU-nun “Brend tələbə"lərinin siyahısını təqdim edirik:

 

Xəlilov İlkin Səməd oğlu - Tərcümə fakültəsi

Orucova Nuray Ramazan qızı - Tərcümə fakültəsi

Hüseynova Aygün Eldəniz qızı - Təhsil fakültəsi

Abbaszadə Şərəf Mahir qızı - Təhsil fakültəsi

Abdurazakova Aysu Ərşad qızı -Təhsil fakültəsi

Xəlilov Nizami Vidadi oğlu - Humanitar və sosial elmlər fakültəsi

Haqverdiyeva Zəhra Nemət qızı - Humanitar və sosial elmlər fakültəsi

Verdiyev Elxan Samir oğlu - Humanitar və sosial elmlər fakültəsi

Abbasov Murad Nurəddin oğlu - Xarici dil müəllimliyi fakültəsi

Ələkbərova Fatimə İsmayıl qızı - Filologiya fakültəsi

 


Qeyd edək ki, “Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib.

 

Azərbaycanın 23 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçirib.