Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-15 21:49:00
MİQ: Bu gün imtahandan ən çox bal toplayanlar -FOTO

Bu gün biologiya, texnologiya, alman dili, rus dili, rus dili və ədəbiyyat fənlər üzrə MİQ-in sonuncu test imtahanları keçirilib.

 

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən AzEdu.az- a verilən məlumata görə, test imtahanı mərhələsində Rus və ədəbiyyat fənni üzrə ən yüksək balı Mənsurə Bayramova  (100/91,25), Laləzar İsmayılova (100/90.5) və Səadət Əliyeva  (100/87,5), Rus dili fənni üzrə isə ən yüksək balı Arzu Quliyeva (100/87,5) Nazim Məmmədov (100/85,5) və Gülnarə Məmmədova (100/86), Texnologiya fənni üzrə Xavər Əsgərli (100/92,5) Vüsalə Əliyeva (100/91,75) Aybəniz Nağıyeva (100/91,5) Biologiya fənni üzrə Lalə Xasıyeva (100/85) Aygün Həbibova (100/84,25) Fatma Nəbiyeva (100/82,25) Alman dili fənni üzrə Aynur Həsənova (100/82,5) Məsmə Babayeva (79,25) Fatimə Kərimova (100/78,75) toplayıblar.

 

Xatırladaq ki, test imtahanları iyulun 11-dən başlanıb və iyulun 15-dək davam edib. Ümumilikdə 58 minə yaxın namizədin iştirak etdiyi imtahanlar ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilib.