Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-15 10:03:00
MİQ: 14 iyul ən çox bal toplayanlar - FOTO

İyulun 14-də müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanlarında ilk seansda Azərbaycan dili və ədəbiyyat üzrə 7 187, Azərbaycan dili (rus bölməsi) üzrə 196 namizəd iştirak edib.

 

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən AzEdu.az- a verilən məlumata görə, test imtahanı mərhələsində Azərbaycandili və ədəbiyyat fənni üzrə ən yüksək balı Ülviyyə Mahmudova  (100/82,5), Kamran Səmədov (100/78.5) və Nəzakət Şükürova (100/76,25), Azərbaycan dili fənni üzrə isə ən yüksək balı Gülər Həsənli (100/80,25) Ainura Rakhimova (100/79) və Elnurə Nağıyeva (100/79) toplayıblar.

 

Xatırladaq ki, test imtahanları iyulun 11-dən başlanıb və iyulun 15-dək davam edir. Ümumilikdə 58 minə yaxın namizədin iştirak edəcəyi imtahanlar ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir.