Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-14 10:55:00
"MİQ dəllalları" : “Təcrübəsiz, yalan vədlər verən müəllimlər var”TƏNQİD            

 

Məlum olduğu kimi, hazırda Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanları keçirilir. Bəziləri bu məsələni şəxsi biznesə çevirirlər. "MİQ dəllalları" müəllimləri kurslara cəlb edir, onlara vədlər verir. Lakin bir çox müəllim hazırlaşdığı kursda öyrədilənlə imtahanda düşən sualların təmamilə fərqli olduğunu deyir.

 

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti, “ELM” İctimai birliyinin sədri, r.ü.f.d Səbuhi Abdullayev bildirib ki, müəllimlərin hazırlıq kurslarına müraciət etmələri rəqabətdən qaynaqlanır:

 

 

“Bildiyimiz kimi, artıq neçə illərdir ki, müəllimlərin işə qəbulu (MİQ) test və müsahibə mərhələləri formatında təşkil edilir. Təbii ki, burda əsas tur test imtahan mərhələsidir. İşə qəbul prosesində iddiaçıların sayı ilə müqayisədə vakant yerlərin sayının az olması müşahidə edilir. Bu da öz növbəsində rəqabətin kifayət qədər yüksək olmasına gətirib çıxardır. Digər tərəfdən maaşların differensasiyası da imkan verir ki, MİQ imtahanlarına maraq daha artsın.

 

 

Bütün bunları nəzərə alanlar istəyirlər ki, daha yüksək bal toplasınlar. Beləliklə hazırlıq prosesinə qoşulurlar. Təbii ki, bu işi peşəkar görən müəllimlər kifayət qədərdir, ancaq təcrübəsiz, yalan vədlər verən, manipulyasiya edənlər də az deyil. Bu da əksər halda müdavimlərin haqlı narazılığına səbəb olur.

 

 

Buna görə mütləq şəkildə, MİQ imtahanına hazırlığa qoşulmaq istəyənlər ilkin araşdırma, tədrisi aparacaq ekspertin nəticələrini təhlil etmələri, ilkin sınaq dərsdə iştirak edib, müşahidə aparmaları çox vacibdir. MİQ imtahanlarında iştirak edən hər kəsə uğurlar arzulayıram”.