Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-05 12:19:00
266 saylı bağçada Müəllimlər günü qeyd olunub

Ölkənin bütün təhsil ocaqlarında olduğu kimi, Binəqədi rayonu 266 saylı Körpələr evi - uşaq bağçasında da Müəllimlər günü qeyd olunub. 

AzEdu.az xəbər verir ki, bağça müdürü Fəridə Yunusova müəllimləri bu gün münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb.

Müəllimlər günü üçün bəzədilmiş akt zalında ilk  dəfə müəllimlə ünsiyyətdə olan uşaqlar şeirlər deyərək, öz müəllimlərini təbrik edib və  şənləniblər.