Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-13 15:38:00
MİQ-dən ən yüksək balı onlar topladı - Fotolar

Dünən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində ən yüksək balı toplayan müəllimlərin adları açıqlanıb.

 

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən AzEdu.az- a verilən məlumata görə, test imtahanı mərhələsində fizika fənni üzrə ən yüksək balı Fikrət Abdulov (100/93,75), Nərminə İsmayılova (100/92) və Tünzalə Mövlanova (100/91,25), informatika fənni üzrə isə ən yüksək balı Fidan Ramazanova (100/96,75) Mirvari Zərbəliyeva (100/93,25) və Aybəniz Rəfiyeva (100/92,5), fransız dili fənni üzrə isə ən yüksək balı İlahə Rəhimova (100/90,5), Sədəf Bağıyevas (100/87,5) və Fidasn Hadıyeva (100/86,25)toplayıblar.

 

Xatırladaq ki, test imtahanları iyulun 11-dən başlanıb və iyulun 15-dək davam edəcək. Ümumilikdə 58 minə yaxın namizədin iştirak edəcəyi imtahanlar ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir.