Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-13 11:53:00
MİQ: Fiziki tərbiyə rekordçusu - 88.75 bal

Müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin test imtahanı mərhələsinin ilk günündə daha bir fənn üzrə ən yüksək nəticə qeydə alınıb.


Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.


Nazirlikdən bildirilib ki, test imtahanı mərhələsinin ilk günündə fiziki tərbiyə fənni üzrə namizədlər arasında ən yüksək balı Türkan Həsənova toplayıb. Belə ki, o, 88,75 balla rekordçu olub.

Qeyd edək ki, MİQ müsabiqəsində fiziki tərbiyə fənni üzrə ən yüksək nəticə göstərən Türkan Həsənovanın şəkli və balı Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzinin sosial şəbəkə səhifəsində paylaşılmamışdı. Türkan Həsənova irad bildirəndən sonra paylaşımlara düzəliş edilib. 

 

Məlumat üçün bildirək ki, ümumilikdə 58 000-ə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək.

 

Müsabiqəyə ümumilikdə 10 min vakant yer çıxarılıb.