Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-13 09:16:00
Gəncə - Daşkəsən bölgəsinin yüksək nəticə göstərən müəllimləri - FOTOLAR

Ötən gün keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlar üzrə yüksək bal toplayan müəllimlərin adları açıqlanıb.

 

İdarədən AzEdu.az-a verilən məlumata əsasən, informatika fənni üzrə Babyeva Aytac 87,75, Həsənova Mehriban 87,5, Məmmədova Gülər 87,5 bal toplayıb.


Coğrafiya fənni üzrə Muxtarova Ləman 87,5 bal, fizika fənni üzrə Rəhimov Cavid 87,5 bal toplayıb.

Tarix fənni üzrə isə Salmanov Röyal 86,5, Orucova Günay 85 bal toplayaraq yüksək nəticə götəriblər. 

 

Xatırladaq ki, ötən gün keçirilən test imtahanlarının I seansına 6353, II seansına isə 6627 namizəd dəvət olunmuşdu.

Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.