Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-12 15:10:00
Müəllimlər məzuniyyəti harada keçirəcək? - İstanbula gedən, fəhlə işləyən, evdə dincələn...

2022-2023-cü tədrisi ili artıq başa çatıb. Müəllimlər hazırda məzuniyyətdədirlər. Xarici KİV-lərdən aldığımız məlumatlara görə, əcnəbi müəllimlər yay tətilində dünya turlarına, səyahətə çıxır, məzuniyyət dövründə mənalı günlər keçirməyə, doyunca dincəlməyə çalışırlar. Bu həm onların  dincəlməsinə, həm də dünyagörüşünün zənginləşməsinə müsbət təsir göstərir. Bəs Azərbaycanda müəllimlər məzuniyyət dövrünü necə dəyərləndiri, yay tətilini harada keçirirlər?

AzEdu.az
 saytı bu sualın cavabını tapmaq üçün müəllimlərlə sorğu keçirib.

 

Müəllimlərimizin cavablarını olduğu kimi təqdim edirik.

 

Belə məlum olur ki, azərbaycanlı müəllimlər arasında yay tətilini evdə keçirənlər üstünlük təşkil edir.

 

Məsələn, İlahə Əhədova, Həbib Həbibullayev, Qəhrəman Bağırov, Məlahət Orucova adlı müəllimlər yay tətilini evdə keçirəcəklərini deyirlər. 

 

Sorğuya maraqlı yanaşmalar da var: 

 

Kamil Dünyamalıyev: “Təlim və onun imtahanlarından azad olsaq, hər halda məzuniyyəti evdə keçirəcəyik”.

 

Cahan Mili: “Mətbəx əmirliyində”.

 

Aynur Əliyeva: “Mətbəx əmirliyi, iş səltənəti, yataq otağı sarayı, vanna otağı hovuzu. Buna da şükür”. 

 

Bir qisim müəllim yayda şəhərdən doğulduqları rayon və kəndlərə üz tutacaq:

 

Gunay Məmmədova Qusara gedəcək

 

Mehman Əhmədov: “Yer kürəsinin ən gözəl guşəsi olan Yevlaxda. Pulum ancaq burada istirahət etməyə yetir”. 

 

Bir müəllim isə istirahət üçün xarici ölkəyə səyahət edəcəyini bildirib.

 

Vəli Abduyev: “Mərdəkanda, İstanbulda, sonra İncə dərəsində”

 

Yay tətilində dincəlməyib işləyəcəyini bildirən müəllimlər də var:

 

Səidə Mamedova: “Mən tətildə fındıq, şaftalı bağlarında işləyib əlavə gəlir əldə edəcəyəm”.

 

Mehman Babayev: “Məziniyyət dövrünü Bakıda fəhlə işləməklə səmərəli keçirirəm”.

 

Elnur İsmayıl: “Yayda tətil etmirəm. Tətil 1 saat oldu bəs edir. Yay inkişaf ayıdır”.

 

Feyruz Fətullayev: “Ailə-uşağımı dolandırmaqdan, dərs vaxtından yığılıb qalmış borcları qaytarmaqdan ötrü fəhləlik edəcəm. Əgər səhhətim imkan versə...”.

 

Fikrət Əhmədov: “Dolanışıq ucbatından digər yerlərdə fəhləlik edib ailəmizi saxlayırıq. Nə istrahət? Azərbaycan müəllimi bugünkü maaşla istirahət edə bilməz”.