Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-12 11:55:13
Ekspert: “...Mustafa Babanlı irəli çəkiləcək”  

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Mustafa Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsindən azad edildi.

 

Bu xəbər çoxları tərəfindən təəccüblə qarşılandı. Və insanların çoxu ADNSU-nun yeni rektorunun kim olacağı barədə düşünməyə başladı.

 

AzEdu.az-a danışan təhsil üzrə mütəxəssis Məzahir Məmmədli Mustafa Babanlının rektor vəzifəsindən azad olunmasını çox təəssüflə qarşılayıb: 

 

“İlk növbədə onu qeyd edim ki, bu qərara təəssüfləndim. Heç arzulamazdım ki, inkişafda və yüksək nəticələri olan məqamda universitet rektoru dəyişsin. Mustafa Babanlının yerinə təyin olunacaq yeni rektor barədə hələ ki, heç bir məlumat yoxdur. Bu Prezident İlham Əliyevin imzalayacağı yeni sərancamla ictimaiyətə məlum olacaq. Amma çox arzulayardım ki, heç olmasa Mustafa Babanlının irəli sürdüyü yol və irs davam etsin. Ümid edirəm ki, Mustafa Babanlının bilik və təcrübəsi təhsil sistemində daha irəli çəkiləcək. Və yaxud bugünkü vəzifəsi və səviyyəsində bir işlə təmin olunacaq.

 

Ümumiyyətlə, Mustafa Babanlının gəlişindən sonra universitetdə kifayət qədər islahatlar aparılmışdı. Buna bir faktı demək kifayətdir ki, onun təşəbbüsü ilə hər il məzun yarmarkaları qurulurdu və burada onlarla bəlkə də daha çox universitetdən məzun olan şəxslər birbaşa təcrübə müəssisələrində çalışmağa gedirdilər. Az-az universitet rektorları var ki, öz məzunlarının gələcək fəaliyyətini davamlı olaraq izləsin və onlar üçün iş yeri axtarsın”.

 
No description available.

Mütəxəssis onu da qeyd edib ki, rektorun vəzifəsindən azad olması ictimayətdə də birmənalı qarşılanmayıb: 

 

“Azəbaycanın ali təhsil müəssisələrinin arasında iki universitetin rektorunun dəyişməsi, cəmiyyət içərisində müsbət qarşılanmadı. Biz bunu sosial şəbəkələrdə də müşahidə etdik. Həmçinin sözügedən universitetlərin tələbələri də bu məsələ ilə bağlı narazılıqlarını bildirməyə başladılar. Bu universitetlərdən biri Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov idisə, digəri Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı oldu”.