Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-12 11:09:00
Tanınmışların övladı - Ülvira Qarayevanın qızı harada təhsil alır? - “Qızlarınızı oxudun!”

Azərbaycanlı gənclərin bir çoxu təhsil almaq üçün xaricə üz tutur. İmtahanlardan yüksək nəticə toplayan abituriyentlərin əksəriyyəti təhsilini xarici ölkədə davam etdirmək istəyini açıq ifadə edir.

Tanınmış şəxslərin – sənətçilər, məmurlar, siyasətçilər, deputatların - övladlarının da Azərbaycanda ya yüksək ödənişli ixtisaslarda, ya da xarici ölkələrdə təhsil aldıqlarına dair məlumatlar var.  

AzEdu.az saytı “Tanınmışların övladı” rubrikasında təqdimatı davam etdirir.


Bu rubrikada tanınmış şəxslərin övladlarının harada təhsil aldıqlarına dair məlumatları sizinlə bölüşürük.

 

Ötən yazılarımızda Azərbaycanın xalq artisti, müğənni Röya Ayxanın oğlu Hüseyn, müğənni Eldəniz Məmmədovun oğlu Kamran Məmmədovdan bəhs etmişdik.

 

İndi isə aparıcı Ülvira Qarayevanın qızı Zeynəb haqqında məlumat verəcəyik.

 

Zeynəb 2 aprel 2000-ci ildə anadan olub. O, ötən günlərdə Türkiyədə Atatürk Universitetindən məzun olub. 

 

Ülvira xanım övladının özəl günündən fotoları sosial şəbəkədə paylaşıb. O, şəkillərə bu şərhləri qeyd edib:

 

"Bu günü 7 il gözlədim. İyunun 22-də qızım Atatürk Universitetinin Tibb fakültəsindən məzun oldu. Məzuniyyət mərasimində hər məzunu adı iıə çağırıb, diplomlarını verdilər. Valideynlər qürurlu, məzunlar sevincli idi - əziyyətlərinin bəhrəsini gördülər. Çox çətin yol gəldi qızım öz dostları ilə bərabər. Dərslər çox ağır, müəllimlər həm əzazil, həm mərhəmətli... Atatürk Universitetinin diplomu çox güclüdür, İngiltərəyə qədər tanınır. Deyirlər, Atatürk Universiteti Ankarada olsaydı, Hacettepe ilə yarışardı.

 

Dostlar, qızlarınızı oxudun, mütləq oxusun. Ali təhsil vacib deyil, qazandıran peşələri olmalıdır, mütləq. Qızlarımız halal zəhmətlə pul qazansın, özlərinə arxayın, özgüvənli olsunlar, həyatdan qorxmasınlar, ayaq üstə dik dursunlar. Bütün gənclərin yolları açıq olsun".

 

Qeyd edək ki, Ülvira Qarayevanın tibb təhsili alan qızı Türkiyədə qalır, orada da çalışır.