Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-11 14:17:00
MİQ imtahanında 1-ci gün: Namizədlər şikayətləndilər: “Çox çətin idi!” - REPORTAJ 

Bu gün müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin test imtahanı mərhələsi başlayıb.

 
58 000-ə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək.

 

Elm və Təhsil Nazirliyinin məlumatına görə, imtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 400 namizəd dəvət olunub. 

 

AzEdu.az-ın əməkdaşı imtahan keçirilən mərkəzlərdən birində - Azərbaycan Texniki Universitetinin İdman Sarayı önündə müşahidə aparıb.

 

İmtahana gələn müəllimliyə namizdlərin əksəriyyətində həyəcan hiss olunurdu. İmtahan mərkəzindən çıxanların demək olar ki, hamısı sualların çətin olduğunu deyridi.  

 

Bir çoxu bizimlə danışmaqdan çəkinir, şəkil çəkdirməyi istəmir, hətta adını demirdi... Hiss olunurdu ki, namizədlərin əhval-ruhiyyəsi korlanıb, qanqaraçılıqdır.

 

2019-ci ildə MİQ müsabiqəsinin riyaziyyat rekordçusu olmuş Famil Ağayev yenə imtahan verməyə gəlmişdi. O bu dəfə kurikulum suallarının qurbanı olduğunu söylədi. Famil müəllim 79 bal toplayıb:

 

“İmtahan yaxşı keçdi. 2019-cu ildə 59 balla birinci yeri tutmuşdum. 261 nömrəli məktəbdə riyaziyyat fənni üzrə dərs deyirəm. Kurrikulumdan hazırlaşmamışdım, ixtisasım üzrə 40-cı sualda bir az şübhəli qaldım. Ümumilikdə, 79 bal topladım. Kurrikulum üzrə də hazırlaşsaydım, nəticə daha yaxşı ola bilərdi”.

 

No description available.

Digər müsahibimiz Saleh Səmədov kurrikulum sualları üçün vaxtın yetərli olmadığını söylədi:

 

“İmtahan normal idi. Sadəcə, vaxt aparan suallar var idi. Sualların 80 faizi orta və orta üzərində, 20 faizi isə nisbətən çətin idi. Mən kurrikulum hissəsinə çox da baxmadım, əsas ixtisas suallarını yazdım. 40 sualdan 36-sı düz, 1-i səhv oldu, digərlərinə də zamanım çatmadı. İmtahan müddəti üçün 2 saat idi 30 dəqiqə ayrılması yaxşı haldır, ancaq yenə də bəzi suallara vaxt çatmadı”.

 

Özünü sınamaq üçün imtahana gəldiyinə görə adının açıqlanmasını istəməyən digər bir müəllim də kurikuluma vaxt çatdıra bilmədiyini dedi:

 

“Mən özümü yoxlamağa gəlmişdim, heç kim bilmir. İmtahan yaxşı keçdi, 2-3 ədəd olimpiada tipli suallar var idi. Bu da pisdir, çünki verilən vaxtla bu tip sualları çatdırıb yazmaq olmur. İxtisasım üzrə 37 sualı cavablandıra bildim. Kurrikulumdan 5-ni yazdım 3-ü düz çıxdı, geridə qalanına baxmağa isə vaxtım çatmadı”.

 

Müəllimlərlə söhbətimizdən gəldiyimiz ümimi qənaətə görə, bugünkü MİQ imtahanları çətin olub. Müəllimlər kurikulum suallarında problem yaşayıblar. İmtahan vaxtına 30 dəqiqə artırılsa da, yenə bir çox sualı cavcablandırmağa zamanları çatmayıb. 

 

 

Xatırladaq ki, bu il MİQ üzrə 9 mindən artıq vakant yer var. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər. 

 

Fotolar müəllifindir.