Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-10 15:56:00
Müəllimlər işləməyəcəkləri vakant yeri seçməsinlər! - Rəsmi ÇAĞIRIŞ 

“Müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin təşkil olunmasında əsas məqsəd vakant yerlərin dolmasıdır".

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib:

 

 

"Bildiyiniz kimi, proses olduqca əhəmiyyətlidir. MİQ imtahanlarına sadəcə Elm və Təhsil Nazirliyinin tabeliyindəki əməkdaşlar cəlb edilmir, eyni zamanda, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, "Azərişıq" kimi qurumların resurslarından istifadə olunur.

Təəssüf ki, bir qisim namizəd imtahan üçün qeydiyyatdan keçib gəlməyəndə bu qədər qurumu boş yerə məşğul etmiş olur. Hətta MİQ-in müsahibə mərhələsində uğur qazanmış iştirakçıların belə imtinasına şahid oluruq. İmtinanın nəticəsi vakant yerin tutulmamasına və digər namizədlər üçün əlverişli imkanın yaranmamasına gətirib çıxarır. Daha ümumi baxsaq, bu, bir məktəbdəki kadr ehtiyacının ödəməməsinə səbəb olur.

Fürsətdən istifadə edərək müəllimlərimizə səslənirik ki, onlar üçün hər bir şərait qurulub, prosesdən təxminən 2 həftə əvvəl onlara dəvət məktubu göndərilir, onlar üçün əlverişli olsun deyə regionlarda da imtahan üçün mərkəzi yerləri seçmişik ki, rahat olsunlar. Bu imtahanda itirəcəkləri heç nə yoxdur ki, qazanc var. Bizim xahişimiz ondan ibarətdir ki, müəllimlər işləməyəcəkləri vakant yeri seçməsinlər. Biz daimi əsaslarla tuta bildiyimiz vakant yeri yalnız 1 illik müqavilə ilə işləyən müəllimlərlə əvəz etmək məcburiyyətində qalmayaq”.