Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-10 15:33:00
MİQ imtahanında suallar çətin olacaq? - Rəsmi CAVAB  

“MİQ imtahanlarınmda ən biliklilər öz bacarıqlarını nümayiş etdirə biləcəklər”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib:

 

 

“İmtahan vaxtının artırılması sualların çətinləşəyi mənasına gəlmir. Suallar asan, orta və çətin səviyyədə olmaqla tərtib olunub. Suallarda ciddi dəyişiklik yoxdur, edilən dəyişikliklər ictimaiyyətə elan olunur. Vaxtın artırılmasında məqsəd müəllimlərin verilən suallara rahat şəkildə vaxt bölgüsü edə bilib cavablandıra bilməsini təmin etməkdir”.


Qeyd edək ki, bil il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanında namizədlərə 150 dəqiqə veriləcək.