Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-10 15:31:00
MİQ imtahanında ən çox bu bölgələr üzrə seçim olur

“Vakansiya seçimində ucqar royanlara düşən müəllim üçün əlavə əmsallar tətbiq olunur”

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

 

“Məlumudur ki, müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanından sonra namizədlərin ən çox müraciət etdiyi bölgələr məhz Bakı-Abşeron və Sumqayıt olur. Lakin elə deyil ki, namizədlər məhz, həmişə şəhərdə yerləşən vakansiyaları seçirlər. Bu fənnə, bölməyə və bölgəyə müfaviq olaraq dəyişir. Burada vakant yerlərin sayı da mühüm rol oynayır".

 

O bildirib ki, namizədlərin seçiminə təsir edən nüanslardan biri də müəllimlər üçün nəzərdə tutulan əlavə əmsallardır.

 

“Ötən ildən nəzərdə tutulan belə bir tətbiq var ki, bir müəllim fəaliyyətinə ucqar məktəbdə başlayırsa və bu 3 il müddətində davam edirsə, o, növbəti yerdəyişmə və ya MİQ imtahanlarında 1.05 faizlik əlavə əmsal qazanmış olur. Əgər bu müddət 5 ildən çoxdursa, 1.1 ballıq əmsal alaraq daha əlverişli vəziyyət qazanmış olur. Bu özü belə namizədlərin seçiminə böyük təsir edir”.


N.İsmayılbəyli deyib ki, müsabiqənin keçirildiyi ilk illərində MİQ üzrə elektron müraciətlərin sayı 10 min nəfər idisə, son iki ildə electron müraciətlərin sayı 60 mindən çoxdur. Bu il elektron müraciət edənlərin sayı 57 mindən çoxdur.

Onun sözlərinə görə, I qrup üzrə ən çox müraciət olunan ixtisas riyaziyyat, III ixtisas qrupu üzrə tarix müəllimliyi olub.