Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-10 09:05:00
Elm və təhsil naziri alim olmalıdır, yoxsa menecer? - İzah

“Nazir ilk növbədə menecer olmalıdır, ondan tələb olunan ən vacib kompetensiya idarəetmə bacarığıdır. Son günlər bəzi müzakirələrdə Elm və Təhsil nazirinin elmi araşdırma müəllifi olmaması, elmi jurnallarda məqalələrin yayımlanmaması barədə arqumentlər məhz bu baxımdan yetkin səslənmir”.

 

AzEdu.az xəbər verir ki, bu barədə telejunalist , AzTV-nin aparıcısı Vüsal Məmmədov bildirib.  O, diqqətə çatdırıb ki, elmi idarəetmə elmi fəaliyyət deyil, menecment işidir:

 

“Elmlə elm adamları məşğul olmalı idi, elm iqtisadiyyatı öz ardınca aparmalı, təqdim etdiyi innovativ tapıntılarla inkişafa yön verməli idi, ancaq hardadır?!
AMEA neçə illərdir qulpu qırılmış çemodan kimi idi, nə qoyub getmək olmurdu, nə də sürüyüb aparmaq”.

 

Aucune description de photo disponible.

 

Jurnalist başqa bir mühüm məsələyə də diqqət çəkib:  

 

“Və bir də bir məsələ - əksəriyyət 20-30 bal toplaya bilməyən müəllimlərin aqibəti ilə maraqlanır, - onlar işsizmi qalacaqlar?
Radikal səslənə bilər, ancaq, bəli, o adamlar işsiz qalmalıdır, ən azı müəllim kimi şagirdlərimizin gələcəyini baltalamamalıdırlar, 60 sualdan 20-30 suala düzgün cavab verə bilməyən müəllim savadsız həkim, savadsız mühəndis, savadsız idarəçi, savadsız nazir yetişdirəcək. Sual əslində, başqa cür qoyulmalıdır – bu müəllimlər hələ də bizim uşaqlarımıza dərs deyəcək?!”.

 

 

Həmkarımız xüsusi olaraq vurğulayıb ki, imtahanlarda 35 faiz müəllim 0-29 bal toplayıb:

 

 

“Belə müəllimlər bizim uşaqlara dərs deməyə davam etsə, biz oxuduğumuzu nəinki başa düşmək, ümumiyyətlə, ola bilər, üzdən oxuya bilməyəcəyik.
Təhsildə güzəşt Vətənə xəyanət hesab olunmalıdır!”.