Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-07 15:41:00
Tanınmışların övladı - Eldəniz Məmmədovun oğlu harada oxuyur? 

Son zamanlar azərbaycanlı gənclərin bir çoxu təhsil almaq üçün xaricə üz tutur. İmtahanlardan yüksək nəticə toplayan abituriyentlərin əksəriyyəti təhsilini xarici ölkədə davam etdirmək istəyini açıq ifadə edir. Tanınmış şəxslərin – sənətçilər, məmurlar, siyasətçilər, deputatların - övladlarının da Azərbaycanda ya yüksək ödənişli ixtisaslarda, ya da xarici ölkələrdə təhsil aldıqları iddia olunur. 

 

AzEdu.az saytı “Tanınmışların övladı” rubrikasında təqdimatı davam etdirir.

Bu rubrikada tanınmış şəxslərin övladlarının harada təhsil aldıqlarına dair məlumatları sizinlə bölüşəcəyik.

 

Ötən yazımızda Azərbaycanın xalq artisti, müğənni Röya Ayxanın oğlu Hüseyndən bəhs etmişdik.

 

İndi isə müğənni Eldəniz Məmmədovun oğlu Kamran Məmmədov haqqında məlumat verəcəyik.

 

Kamran bu il ADA Universitetinin tədris ingilis dilində olan Beynəlxalq Münasibətlər fakültəsindən məzun olub. O, həm burada, həm də İtaliyada magistratura pilləsinə qəbul olunub. Xərcləri qarşılamaq üçün təkliflər gələcəyi təqdirdə İtaliyaya getməyi planlaşdırır.


Kamran Məmmədov atasından fərqli olaraq rok, vokal və estrada janrında ifa edir. O, “O səs Azərbaycan”, Rusiyada yeniyetmələr arasında “Vo ves qolos” mahnı müsabiqələrində iştirak edib.

Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq müsabiqəsində 3-cü yerə layiq görülüb. Eyni zamanda, gitara, skripka və pianoda da ifa etməyi bacarır. 

 

Eldəniz Məmmədovun iki qızı da var. Kiçik qızı Ramizə Məmmədova da skripkada ifa edir. Müğənni qızı haqqında danışarkən ifaçı olmasını istəmədiyini bildirib. Qeyd edib ki, qızı musiqi təhsili alıb skripka müəllimi olmağı planlaşdırır.