Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-05 17:07:00
Xınalıqda məşhurlaşan İbrahim Britaniyaya YOLA DÜŞÜB


Xınalıq kəndindən olan 13 yaşlı İbrahim Zeynalov bu gün Bakı Hava Limanından İngiltərəyə yola düşüb. 

 

AzEdu.az xəbər verir ki, bu barədə İbrahimin atası Bəhmən Zeynalov bildirib. 

 

O deyib ki, oğlu Quba fizika-riyaziyyat təmayüllü liseyin şagirdi Tofiq Bayramov ilə birlikdə Böyük Britaniyaya yollanıb. Məktəblilər əllərində Azərbaycan bayrağı tutaraq təyyarəyə miniblər.

 

Açıklama yok.

 


Qeyd edək ki, İbrahim bu ilin mart ayından sosial şəbəkələrdə polşalı səyyah-bloger Kamil Cichoçki ilə ingilis dilində danışaraq qədim Xınalıq kəndi haqqında ətraflı məlumat verməsi ilə gündəmə gəlib. 



Bakıya dəvət olunan xınalıqlı məktəbli  Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi Təşkilatı (MÜSİAD) Azərbaycan təşkilatının ofisində də olub və təşkilatın rəhbəri Rəşad Cabirli onun iki həftəlik İngiltərəyə yay istirahətinə göndəriləcəyi barədə açıqlama vermişdi. Həmçinin, balaca qəhrəmanımız təhsilini Türkiyədə davam etdirmək niyyətindədir.