Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-05 12:44:23
UNEC-in Dərbənd filialına tələbə qəbulu elan edildi

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2023/2024-cü tədris ili üçün bakalavr təhsili üzrə Dərbənd filialına abituriyent qəbulu elan edir.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, qəbul “Maliyyə və kredit”, “Mühasibat uçotu, təhlil və audit” və “Ümumi iqtisadiyyat” ixtisasları üzrə əyani, əyani-qiyabi və qiyabi təhsil forması üzrə aparılır.

 

Təhsil üzrə plan yerlərinə qəbul büdcə hesabına və müqavilə ilə ödənişli əsaslarla həyata keçirilir. Təhsil müddəti əyani forma üzrə 4 il, əyani-qiyabi forma üzrə 4 il 6 ay, qiyabi forma üzrə isə 5 ildir.

 

Rusiya Federasiyasının vətəndaşlarının qəbulu Rusiya Federasiyasının mövcud qaydalarına uyğun olaraq Vahid Dövlət İmtahanı (ЕГЭ) əsasında aparılır.

 

Xarici ölkələrin vətəndaşları üçün qəbul imtahanları riyaziyyat, rus dili və xarici dil fənləri üzrə həyata keçirilir.

 

Azərbaycan Respublikasının vətəndaşları üçün isə qəbul imtahanları riyaziyyat, coğrafiya, azərbaycan və ya rus dili fənləri üzrə həyata keçirilir.

 

2023-cü ildə qəbul olunanlar üçün tələb olunan sənədlərin qəbul müddəti

a) əyani təhsil forması üzrə:

  • Vahid dövlət imtahanı (ЕГЭ) nəticələrinə əsasən, büdcə yerlərinə və müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul - 15 iyun – 26 avqust  2023-cü il tarixlərində;
  • Keçirilmiş müsabiqənin nəticələrinə əsasən müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul - 15 iyun –20 avqust  2023-cü il tarixlərində;

b) əyani-qiyabi təhsil üzrə:

  • Vahid dövlət imtahanı (ЕГЭ) nəticələrinə əsasən, müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul - 1 iyul –26 oktyabr  2023-cü il tarixlərində;
  • Filial tərəfindən keçirilmiş müsabiqənin nəticələrinə əsasən müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul - 1 iyul – 20 oktyabr  2023-cü il tarixlərində;

c) qiyabi təhsil üzrə:

  • Filial tərəfindən keçirilmiş müsabiqənin nəticələrinə əsasən müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul - 1 iyul –20 oktyabr  2023 -ci il tarixlərində.

 

 Qiyabi təhsil formasına yalnız ali təhsil bazasında qəbul edilir.

 

Müsabiqədə iştirak etmək üçün sənədlər aşağıdakı keçiddən daxil olunaraq onlayn təqdim edilir: [email protected] və ya www.ageu-derbent.ru.

 

  • Qəbul üçün xüsusi ərizə;
  • Şəxsiyyət və vətəndaşlığı təsdiq edən sənədin rus dilinə tərcümə edilmiş notarial təsdiqli surəti;
  • Təhsil haqqında sənədin (attestat və ya diplomun) əsli və rus dilinə tərcümə edilmiş notarial təsdiqli surəti;
  • Foto (3×4 ölçüdə, 5 ədəd)
  • Qeydləri rus dilində aparılmış tibbi arayış (Forma 086-U)

Əlaqə telefonları: 0124925903 (daxili nömrə: 1190); +79675820173
Ünvan: Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhəri, Heydər
Əliyev küçəsi ev 10B (auditoriya 101)