Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-27 10:58:00
Növbəti sertifikasiyaya bu fənn müəllimləri CƏLB OLUNACAQ

Hazırda təhsil ictimaiyyətinin müzakirə etdiyi müəllimlərin sertifikatlaşdırma prosesinin ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərindən sonra hansı fənn üzrə keçiriləcəyi ən çox səslənən suallar sırasındadır.

Sosial şəbəkələrdəki təhsil müzakirələrində də hamı soruşur: sertifikasiyaya cəlb ediləcək növbəti fənn müəllimləri kimlər olacaq?

 

AzEdu.az-ın Elm və Təhsil Nazirliyindən əldə etdiyi məlumata görə, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə sertifikatlaşdırma prosesi bu il sentyabrın sonunda yekunlaşacaq. 


Adının çəkilməsini istəməyən mənbənin saytımıza bildirdiyinə görə, növbəti il sertifikatlaşdırma prosesinə cəlb olunacaq fənn müəllimləri riyaziyyat, xarici dil və tarix üzrə təhsilverənlər olacaq.

 

Sonra isə proses fənlərin vaciblik dərəcəsinə uyğun olaraq bölüşdürüləcək. Fənlər üzrə ən sonda təsviri incəsənət və texnologiya müəllimlərinin sertifikasiyaya cəlb olunması nəzərdə tutulur.

Prosesin 2026-cı ildə yekunlaşacağı gözlənilir.