Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-26 10:55:39
Qəbul imtahanlarının 2-ci cəhdi bu tarixlərdə KEÇİRİLƏCƏK

Ali məktəblərə qəbul imtahanlarının II mərhələsinin 2-ci cəhdinə az vaxt qalır.

Qəbul imtahanlarının 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 5 may - 21 iyun aralığında aparılıb.

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, qəbul imtahanının 2-ci cəhd üçün ümumilikdə 61624 nəfər abituriyent qeydiyyatdan keçib. Onlardan 55648 nəfər öz ərizəsində Azərbaycan bölməsini, 5976 nəfər isə rus bölməsini qeyd edib.


Qəbul imtahanlarının 2-ci cəhdi aşağıdakı tarixlərdə keçiriləcək:

- III ixtisas qrupu üzrə 8 iyul;

-
II ixtisas qrupu üzrə 9 iyul;

- I ixtisas qrupu üzrə 22 iyul;

-
IV ixtisas qrupu üzrə 23 iyul.