Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-24 23:01:33
Sertifikasiyanın son günündə iki müəllim 60 bal YIĞDI

24 iyun sertifikatlaşdırma imtahanlarının son günü idi.

 

Bu gün ilk dəfə olaraq Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün imtahanlar keçirildi. İmtahanlara 8500-dən çox müəllim cəlb olunmuşdu.

 

AzEdu.az xəbər verir ki, bugünkü imtahanda iki müəllim maksimum nəticə (60 bal) əldə edib.

 

Təhsil İnstitutundan saytımıza verilən məlumata görə, 60 bal toplayan müəllimlər Kəminə Zalova və Lalə Şükürovadır.

 

Kəminə Zalova (şəkildə soldakı) Bakı şəhəri 232 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimidir.

 

Lalə Şükürova isə (şəkildə sağda) Bakı şəhəri 170 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimidir.

 

Təhsilverənlərin 20-24 iyun tarixli sertifikatlaşdırma imtahanlarına  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 2 072 müəllim dəvət olunmuşdu.

 

A.Qorxmaz